PDF Oxu

Araşdırma

  • 16

Oqtay Əsədov bu gün Rusiyaya gedir

Oqtay Əsədov bu gün Rusiyaya gedir
Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti bu gündən başlayaraq iki gün müddətində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində səfərdə olacaq. SİA-nın verdiyi xəbərə görə, bu barədə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvvəkküloğlu dünən keçirdiyi brifinq zamanı məlumat verib. Səfərin rəsmi olduğunu deyən mətbuat xidmətinin rəhbəri bildirib ki, səfər Rusiya Məclisi Federal Şurasının sədri Sergey Mironovun dəvəti əsasında həyata keçirilir. Onun sözlərinə görə, səfər çərçivəsində bir sıra rəsmi görüşlər keçiriləcək. A. Təvəkküloğlu söyləyib ki, görüş zamanı ölkələr arasında maraq doğuran məsələlərə toxunulacaq, ikitərəfli əlaqələrin bu günü və gələcək inkişaf perespektivləri, parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsi, regional münaqişələrin həlli yolları, qanunyaradıcılığı baxımından əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadilələri aparılacaq. O vurğulayıb ki, parlament sədri səfər müddətində Rusiya Federasiyasının prezidenti Dmitri Medvedevlə, ölkənin Federal Məclisi Federal Şurasının sədri Serqey Mironovla, Dövlət Dümasının sədri Boris Qrızlovla görüşəcək.O qeyd edib ki, nümayəndə heyəti həmçinin səfər müddətində bir sıra mədəni tədbirlərə qatılacaq, ölkəmizin Moskvada olan səfirliyində olacaq, onların iş şəraiti ilə tanış olacaq, eyni zamanda Rusiyada fəaliyyət göstərən Azərbaycan diasporunun fəaliyyəti ilə maraqlanacaqlar.

Digər xəbərlər