PDF Oxu

Araşdırma

  • 12

"15-20 ildən çox işləyən avtomobillərin idxalına qadağa qoyulacaq"

"15-20 ildən çox işləyən avtomobillərin idxalına qadağa qoyulacaq"
Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Avro-2 ekoloji standartlarına müvafiq olmayan avtomobillərin istismarına görə xüsusi verginin tətbiq edilməsini təklif edir. Bu barədə çərşənbə axşamı jurnalistlərə idarə başçısı Ramiz Həsənov "İnterfaks-Azərbaycan" agentliyinin sualını cavablandıraraq bildirib. O xatırladıb ki, 2010-cu il iyulun 1-dən Azərbaycan neft məhsullarının keyfiyyətini və işlənmiş qazlarda zərərli maddələrin tərkibini tənzimləyən "Avro-2" ekoloji standartını tətbiq edəcək. Beləliklə, bu standarta müvafiq olmayan, 15-20 ildən çox işləyən avtomobillərin idxalına qadağa qoyulacaq. "Düşünürük ki, bu standarta müvafiq olmayan avtomobillərin istismardan tam çıxarılması mərhələ-mərhələ həyata keçiriləcək. Beləliklə də I mərhələyə bu standarta müvafiq olmayan avtomobillərin Azərbaycana idxal edilməsinə qadağadan başlamaq lazımdır, II mərhələdə isə əvvəllər ölkəyə gətirilmiş "Avro-2" ekoloji standartına müvafiq olmayan avtomobillərin istismarına görə xüsusi tədbirlər görülməldir. "Avro-2" ekoloji standartlarına müvafiq olmayan avtomobillərin istismarına görə verginin tətbiq edilməsini təklif edirik", -deyə R.Həsənov bildirib.

Digər xəbərlər