PDF Oxu

Araşdırma

  • 9

Tbilisidə Azərbaycanın və Gürcüstanın dövlət bayramları qeyd olunacaq

Tbilisidə Azərbaycanın və Gürcüstanın dövlət bayramları qeyd olunacaq
Gürcüstan Azərbaycanlıları Konqresi (GAK) 28 May - Azərbaycan Demokratik Respublikasının yaradılmasının 92-ci ildönümünü və 26 May - Gürcüstanın Müstəqillik Günü münasibətilə ilə tədbir keçirəcək. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "Səs" qəzetinə verilən məlumata əsasən, GAK sədri Əli Babayev bununla bağlı açıqlama verib. O bildirib ki, iki qardaş ölkənin dövlət bayramları mayın 27-də Tbilisidə qeyd olunacaq. Tədbirdən əvvəl Azərbaycanın ümummilli lideri Heydər Əliyevin büstünün və Gürcüstanın müstəqilliyi uğrunda həlak olanların xatirə abidəsinin önünə əklil qoyulacaq. Konqresin nümayəndələri, həmçinin, Tbilisi Nəbatət bağındakı Azərbaycanın görkəmli ziyalıları Mirzə Fətəli Axundov, Mirzə Şəfi Vazeh və Azərbaycan Demokratik Respublikasının yaradılmasında böyük xidmətləri olmuş Fətəli xan Xoyskinin məzarını ziyarət edəcəklər. Bayram tədbirində xarici dövlətlərin Gürcüstandakı səfirliklərinin, beynəlxalq təşkilatların nümayəndələrinin, gürcü və azərbaycanlı ziyalıların, elm xadimlərinin iştirakı nəzərdə tutulur. Mərasimin bədii hissəsində Gürcüstan Azərbaycanlıları Konqresinin nəzdində fəaliyyət göstərən "Ceyran" rəqs ansamblı Azərbaycan və Gürcüstanın milli rəqslərini ifa edəcək.

Digər xəbərlər