Ermənistanda yeni çağırışçılar kazarmada gecələməmək üçün günə 10 min dram ödəyirlər
Ermənistanın ağır sosial-iqtisadi şəraitilə bağlı, qısa müddət ərzində bu ölkədə sosial partlayışın olcağı ilə bağlı proqnozlar vermişik. Bu dəfə isə Ermənistan dərin böhran içərisində olan daha bir sahə ilə bağlı şok yaradıcı faktları diqqətinizə çatdıracağıq.
Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, hazırda iqtisadi mafiyanın gəlir yerinə çevrilən Ermənistan ordusunda korupsiya halları baş alıb gedir. Əldə oluqmuş məlumatlara görə, bu gün Ermənistanda yeni çağırışçılar kazarmada gecələməmək üçün günə 10 min dram ödəyirlər. Bu faktı Ermənistanın dövlət vəzifələrində çalışmış insanlar da təsdinləyirlər.
Belə ki, sabiq baş nazir Qrant Baqratyanın sözlərinə görə, bu gün Ermənistan ordusunda böhran hökm sürür: "Təzəcə əsgərliyə gedən çağırışçıların valideynləri uşaqlarının gecə kazarmalarda yatmaması üçün bir günə görə, qeyri-rəsmi olaraq, 10 min dram ödəyirlər".
O, deyib ki, hazırda Ermənistan ordusu iqtisadi mafiyanın gəlir yerinə çevrilib: "Zabitlər faktiki olaraq, yeni çağırışçıların hesabına yaşayırlar". Təbii ki, Ermənistanın rəsmiləri bu kimi faktları gizlətməyə çalışırlar. Çünki, onsuz da nizamsız vəziyyətdə olan Ermənistan ordusu barədə daha dəhşət doğurucu məlumatların ortaya çıxması bu strukturun həddindən artıq ruhsuz vəziyyətə gəlməsinə səbəb olur.
Ümumiyyətlə, bizə məlumdur ki, bu gün Ermənistan ordusunda korrupsiya və dedovşina hallarına görə, Dağlıq Qarabağ bölgəsində yerləşdirilmək üçün əsgər tapılmır. Bəlkə də, mətbuata çox az-az sızan bu cür məlumtlar da var ki, orada muzdlu dəstələr fəaliyyət göstərirlər. Bu cür ordu ilə isə Azərbaycanla qarşı-qarşı dayanmaq qeyri-mümkündür. Çünki, Azərbaycanın vətənpərvər, arxasında güclü dövlətin ruhunu, nəfəsini duyan əsgərlərilə döyüşdürəcək, erməni əsgəri tapılmır. Əgər Ermənistan muzdlu döyüşçülərə arxalanırsa, burada da Yerevanın bandokratları yenidən səhvə yol verirlər. Çünki, bu muzdlu döyüşçülər maliyyə harada çoxdur oraya da qıçarlar. 25 milyard manata qədər valyuta ehtiyatı olan Azərbaycan isə bu problemi bir an içərisində həll edə bilər...
İndi isə istərdik oxucularımızı Ermənistan ordusu barədə daha bir neçə faktlarla tanış edək. Bildiyiniz kimi, Cənubi Qafqazda ciddi iqtisadi böhran yaşayan Ermənistanın ordusunda acınacaqlı vəziyyət hökm sürməkdədir. Statistik araşdırmalara istinad edən ekspertlərin fikrincə, erməni ordusunda mənəvi-psixoloji və fiziki durum ötən illərə nisbətən daha da pisləşib. Bununla yanaşı, Azərbaycanın bütün sahələrdə olduğu kimi, iqtisadi və hərbi qüdrətinin sürətli inkişafı və əldə etdiyi nailiyyətlər Ermənistanı əndişələndirib. Vəziyyət o həddə çatıb ki, rəsmi İrəvan 50 yaşınadək bütün kişiləri orduya çağırmaq qərarını verib.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Seyran Şahsuvaryan etiraf edib ki, Azərbaycanın Dağlıq Qarabağı hərbi yolla alacağına dair fikirlərini Ermənistan tərəfi ciddi şəkildə nəzərdə keçirir. Ona görə, təmas xəttində istehkamları möhkəmləndirməyə çalışırlar. Ermənistan ordusunun son zamanlar hərbi təlimlərə üstünlük verməsi kimi addımlar isə əslində imitasiya xarakteri daşıyır.
Analitiklərin fikrincə, Azərbaycan ordusunun kifayət qədər güclənməsi yoxsul Ermənistan rejiminin "müharibə" sözündən narahatlığına ciddi zəmin yaradıb. Mütəxəssislərin qənaətincə, Dağlıq Qarabağ münaqişəsi hərbi müstəviyə keçəcəyi halda, Azərbaycan Silahlı Qüvvələrinin ilk həmləsindən erməni ordusunun darmadağın olacağı heç bir şübhə doğurmur. Bu səbəbdəndir ki, son dövrlər prezident Serj Sarkisyan öz çıxışlarında güc tətbiq etməmək barədə Azərbaycanla saziş imzalamaq barədə təkliflər edir, eyni zamanda münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini nəzərdə tutan yenilənmiş Madrid prinsiplərinə münasibət bildirməməklə, vəziyyətdən yayınmağa çalışır. Amma bu siyasi möhtəkirliyin də uzun müddət davam edə bilməyəcəyi qaçılmaz reallığa çevrilib.
Erməni Milli Konqresinin parlamentdəki üzvü David Şahnazaryan etiraf edib ki, Azərbaycan ərazilərinin işğal altında saxlanması Ermənistanı fəlakətə sürükləyir.
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev çıxışında bir daha bəyan edib ki, Azərbaycan orduya xərcləri ildən-ilə artırır və ordu Ali baş komandanın tapşırıqlarını qısa zamanda həll etmək vəziyyətinə gətirilib. Sülh danışıqları fayda verməsə, Azərbaycanın güc yoluna əl atması qaçılmaz olacaq.