PDF Oxu

Araşdırma

  • 10

Azərbaycan dünyanın aparıcı turizm ölkələrindən birinə çevrilir

Azərbaycan dünyanın aparıcı turizm ölkələrindən birinə çevrilir

Paytaxtımızda "Aitf-2010" Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi işini davam etdirir. Bu sərginin ölkəmizdə keçirilməsi artıq ənənə halı almışdır. Üç gün davam edəcək sərgidə bu il 33 turizm istiqamətini əhatə etməklə, dünyanın 24 ölkəsindən 120-dən çox şirkət iştirak edir. Sərginin ərazisi ötən illə müqayisədə 20 faiz artırılmışdır.

Bu il sərgidə 14 ölkə öz milli stendləri ilə çıxış edir. Bu ölkələr arasında sərginin Azərbaycan, Yunanıstan, Gürcüstan, Malayziya, Türkiyə, Özbəkistan və Çexiya kimi daimi iştirakçıları ilə yanaşı, bu ilin debütantları olan Misir, Hindistan, İtaliya, Mavriki adaları, Birləşmiş Ərəb Əmirlikləri və Rusiya da vardır. Bu sərgi ilə yanaşı, kompleksdə I Ümumrespublika Daxili Turizm Sərgisidə təşkil olunub. Burada ilk dəfə Azərbaycanın regional turizm sektoru geniş təqdim olunur və ölkəmizin turizm üzrə ixtisaslaşan bölgələrində yaradılmış şərait haqqında bütün məlumatlar öz əksini tapmışdır. Sərgidə ölkənin istirahət zonaları, sanatoriyaları və mehmanxanaları barədə ekspozisiyalar vardır. Ziyarətçilər hər bir regionun Azərbaycanın zəngin folkloru, mətbəxi və ənənələri ilə yaxından tanış ola bilirlər. Ölkəmizdə turizmin inkişaf etdirilməsində bu sahədə dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən də istifadə edilir.
Sərgidə Bakı, Naxçıvan, Xaçmaz, Gəncə, Lənkəran, Lerik, Şəki, Şamaxı, Quba, Qarabağ, Qusar, Masallı, İsmayıllı, Qəbələ, Zaqatala, Qazax və Qax bölgələrinin turizm imkanlarının əks olunduğu pavilyonlar diqqəti cəlb edir.
Sərginin təşkilinin əhəmiyyəti burada öz potensiallarını nümayiş etdirən turizm şirkətləri və mədəniyyət və turizm şöbələri tərəfindən yuksək qiymətləndirilir. Belə ki, sərgi iştirakçılarından olan Xaçmaz rayon mədəniyyət və turizm şöbəsiin müdiri Nazim Ağayev sərginin mahiyyətini belə dəyərləndirdi:"Cənab Prezidentimizin iştirakı ilə Birinci Ümumrespublika daxili turizm sərgisi keçirilir və bizim təşkil etdiyimiz stentdən Xaçmaz rayon turizminin ümumi göstəricilərini əks etdirən lövhələr, ekspozisiyalar yerləşdirilib. Ümumilikdə, deyək ki, Xaçmaz rayonunda turizmin inkişafı üçün çox geniş baza və şərait mövcuddur. Təbiətin bizə bəxş etdiyi sərvətlər turizmin inkişafına imkanlar yaradır. O cümlədən də, dövlət səviyyəsində turizmin inkişafı üçün yaradılan imkanlar şəxsi fərdlərin Xaçmazda turizm şirkətləri açmasına zəmindir. Hazırda Xaçmazda 71 turizm mərkəzi və otel fəaliyyətdədir. Onlardan 41-i artıq lisenziyalaşdırılmışdır. Digərlərinin isə qeydiyyatdan keçməsi üçün müəyyən tədbirlər görülməkdədir. Gələcəkdə Xaçmazın böyük bir turizm məkanına çevrilməsi üçün dövlət səviyyəsində böyük işlər görülür. Bildiyiniz kimi, İlham Əliyev cənablarının sərəncamına əsasən, Xaçmaz, Abşeron, Lənkəran rayonlarında dövlət səviyyəsində turizmin inkişafına kömək göstərilməsi nəzərdə tutulur. Bundan ruhlanan iş adamları yeni turizm obyektləri açmağa çalışırlar. Bugünkü sərgidə bizim rayonda 4 iri istirahət mərkəzi təmsil olunur. Sərgi iştirakçılarının bizim rayonun istirahət mərkəzlərinə böyük marağı açıq-aydın hiss olunmaqdadır. Dünyada təbii resursların gətirdiyi gəlir qədər, ikincisi turizm sahəsi sayılır. Bu gün Azərbaycan təbii sərvətlərindən təkcə qaz və neftdən asılı olmamalı, eləcə də, turizmdən gələn gəlir təbii resursların gətirdiyi gəliri üstələməlidir. Azərbaycanda turizmin inkişafı dövlətimizin başçısının daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin aprelin 6-da imzaladığı Sərəncamla təsdiq olunmuş "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı" bu sahədə mühüm irəliləyişdir. Bu proqramda turizmi qeyri-neft sektorunun inkişaf etmiş aparıcı sahələrindən birinə çevirmək əsas vəzifələrdən biri kimi irəli sürülmüşdür. Təsadüfi deyildir ki, son illərdə Azərbaycanda turizmin ölkə iqtisadiyyatının mühüm hissəsinə çevrilməsi, bu sahədə kiçik və orta sahibkarlıq üçün möhkəm bazanın yaradılması regionların infrastruktur cəhətdən də inkişafını təmin edir. Digər tərəfdən, ölkəmizin malik olduğu təbii sərvətlər, tarixi abidələr Azərbaycana turist axınını şərtləndirən mühüm amillərdir. Bu gün təşkil olunan sərgimizin diaqonallarında da göstərilir ki, 2003-cü ildə ölkəmizə 600 mindən çox turist gəlirdisə, bu günün göstəricilərinə əsasən, isə bu rəqəm 1 milyon 800 mini ötübdür. Bu rəqəm Azərbaycanda turizmin hansı tempdə və sürətdə olduğunu göstərir. Mən inanıram ki, yaxın gələcəkdə turizm elə bir şəkildə inkişaf edəcəkdir ki, Prezidentin qarşıya qoyduğu məqsədə uyğun olaraq başqa sahələrdən gələn gəliri, həqiqətən də, turizm üstələyəcəkdir. Bu gün keçirilən birinci ümumrespublika daxili turizm sərgisi ilə yanaşı, beynəlxalq turizm və səyahətlər sərgisi keçirilir. Bu, o deməkdir ki, artıq xaricdən olan şirkətlər də Azərbaycan turizm məkanına cəlb olunacaqlar. Azərbaycan turizmin imkanlarının genişləndirilməsində onların da əməklərindən istifadə ediləcəkdir. Azərbaycanın coğrafi mövqeyi, mədəniyyəti, ümumilikdə, adət-ənənələrimiz bütün bunların müqabilində dövlətimiz dünyanın aparıcı turizm ölkələrindən birinə çevriləcək".

Digər xəbərlər