Arzu Rəhimov MDB Miqrasiya rəhbərlərinin iclasında iştirak edib
"Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimov və onun rəhbərlik etdiyi nümayəndə heyəti MDB iştirakçı dövlətlərinin Miqrasiya Orqanları Rəhbərləri Şurasının VII iclasında iştirak etmək məqsədilə 15-16 aprel 2010-cu il tarixlərdə Rusiya Federasiyasında səfərdə olub". Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətinin "Səs"ə verdiyi məlumata görə iclasda Rusiya, Belorus, Qazaxıstan və Tacikistanın müvafiq qurumlarının rəhbər nümayəndələri iştirakçı, MDB İcrayyə Komitəsi, MDB Parlamentlərarası Assambleya, Ümumrusiya Həmkarlar İttifaqı Konfederasiyası və Ukrayna dövlətinin nümayəndələri isə müşahidəçi qismində iştirak ediblər.
Toplantıda MDB üzv dövlətlərinin miqrasiya sahəsində vəziyyəti ilə bağlı məlumatlar dinlənilmiş və bir sıra qərarlar qəbul edilibdir.