Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda istehsal olunan maye qazın dərin emalı "Petkim"də həyata keçiriləcək
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda istehsal olunan maye qazın dərin emalı bundan sonra Türkiyədə - "SOCAR-TURKAS" Birgə Müəssisəsinin idarəçiliyində olan "Petkim" Petrokimya Holdinqində həyata keçiriləcəkdir.
SİA-ya verilən məlumata görə, zavodda ildə 120-150 min ton həcmində istehsal olunan maye qazın "Petkim"də dərin emaldan keçirilməsi iqtisadi baxımdan ARDNŞ üçün yeni imkanlar yaradacaqdır. "Palmali" Şirkətlər Qrupu ilə əldə olunmuş razılaşmaya əsasən, Bakıda istehsal edilən maye qazın Gürcüstandakı Batumi limanından "Petkim"in yerləşdiyi Türkiyənin Əliağa bölgəsinə daşınması həmin gəmiçilik şirkətinin yeni aldığı xüsusi tanker vasitəsi ilə həyata keçiriləcəkdir.