PDF Oxu

Araşdırma

  • 8

Emin Fətullayev xaricdə yaşamaq istəyir

Emin Fətullayev xaricdə yaşamaq istəyir
Demokratik cəmiyyətin əsas atributlarından biri söz və mətbuat azadlığı, vətəndaşların hüquqlarının müdafiəsidir. Demək olar ki, Azərbaycan bu prinsiplərə tam şəkildə riayət edir. Ona görə də, nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanda bərqərar olan demokratik prosesləri yüksək qiymətləndiriblər. Amma razılaşmaq lazımdır ki, daxildəki bəzi qüvvələr Azərbaycanın dünya xəritəsində yerinin və rolunun möhkəmlənməsindən narahatlıq keçirirlər. Bunun da əsas səbəbi həmin daxili qüvvələrin arxasında elə xarici maraqlı tərəflərin sifarişlərinin dayanmasıdır.
Məhz yerli qüvvələr xarici havadarlarının tapşırığı əsasında bəzən cəmiyyətdə çaşqınlıq yaratmağa xidmət edən məlumatlar yayırlar. Hətta bəzi xarici ölkələrin müəyyən dairələrinə ölkəmiz haqqında yanlış informasiyalar çatdırırlar. Belə informasiyalardan biri də ABŞ-ın "Narkotiklərə Nəzarət Strategiyası 2010" hesabatı olmuşdur. Həmin hesabata görə, guya Azərbaycanda 300 min narkoman var və onların 35 faizi tələbələrdir. Bu məntiqlə demək olar ki, Azərbaycanda 120 min tələbənin, o cümlədən, qızların hər 4-də 3-ü narkomandır. Bu cür qeyri-ciddi məsuliyyətsiz hesabatın yayılmasında, təbii ki, ölkəmizdəki sapı özümüzdən olan baltaların müəyyən rolu olmuşdur. Bunu ölkəmizdəki ABŞ səfirliyinin ictimai əlaqələr şöbəsinin rəisi Terri Devidson da etiraf etmişdir. O, ABŞ Dövlət Departamentinin yaydığı məlumatın əsassız olduğunu və buna görə, Azərbaycan xalqından üzr istədiklərini söyləyib. Yəni hansısa bir fərdin qərəzli şəkildə Azərbaycana qarşı heç də yaxşı münasibət sərgiləmək niyyətində olmayan təşkilata çaşdırıcı məlumat göndərməsi və bu məlumatı da qarşı tərəfin dəqiqləşdirməməsi səbəbindən məsuliyyətsiz bir hesabat yayılıb. Bu barədə geniş şərh vermək istəməzdik. Sadəcə, onu qeyd etmək yerinə düşər ki, xarici qüvvələr daxildəki əlaltılarından ölkəmizə qarşı qərəzli yanaşmalar sahəsində fəaliyyətlərini davam etdirməkdədirlər. Bu mənada, məlum məsələlərlə əlaqədar azadlıqdan məhrum edilən Eynulla Fətullayev adlı "jurnalist"in şou xarakterli fəaliyyəti diqqətçəkən məqamlardan hesab oluna bilər. Bu, o E.Fətullayevdir ki, onun fəaliyyət sferasına əsasən, Azərbaycanın regiondakı nüfuzuna zərbə vurmaq dayanmışdır. Xankəndində qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti ilə görüşüb, onunla şəkil çəkdirən E.Fətullayev bununla kifayətlənməyib, Azərbaycanın xırda problemlərinin qlobal məsələ kimi qabardaraq, Ermənistan mətbuatında yayılmasını xahiş etmişdir. Eyni zamanda, E.Fətullayev Ermənistan agenturası ilə əməkdaşlıq edərək, onlardan müəyyən maliyyə vəsaiti də almışdır. Bu barədə istintaq materialları və bu materiallar əsasında məhkəmənin araşdırmalarından sonra çıxardığı ədalətli qərarın müddəalarında geniş məlumat verilib. Diqqətçəkən məqam ondan ibarətdir ki, suda batmaqda olan və geniş jurnalist təbəqəsi arasında gözdən düşən E.Fətullayev "Manitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qətlə yetirilməsini Azərbaycan hüquq-mühafizə orqanlarının rolu ilə əlaqəlandirmək kimi absurd açıqlamalarla çıxış edir. Bu tip bununla da kifayətlənməyib, ziddiyyətli, bir-birini təkzib edən məlumatlarla da çıxış edir. Onun bu açıqlamalarının arxasında hansı niyyətin dayandığını "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu da bilməmiş deyil. Çünki R.Arifoğlu E.Fətullayevi Azərbaycan hüquq-mühafizə orqanlarının fəaliyyətinə xələl gətirməyə yönələnə açıqlamalarını baş redaktor olduğu "Yeni Müsavat" qəzetində ardıcıl olaraq dərc edir. Hətta utanıb-çəkinmədən, məsələyə Müsavatın deputat qrupunun üzvlərinin də münasibətini bildirir. Hesab etmək olardı ki, E.Fətullayevin qeyri-ciddi açıqlamalarının əsassız olduğunu onun başbilənləri bəyan edəcəklər. Ancaq R.Arifoğlu kimi yaramaz qüvvələr "Eynulla səhv etdi. Yəqin ki, cəmiyyət onu başa düşər" demək istəyənlərə sədlər qoyur. Əgər belə olmasaydı, E.Fətullayevin atası Emin Fətullayev "Bizi Azərbaycanda müstəqil mövqe bildirməyə imkan verməyən şəxslər var" deyə bildirməzdi. Məhz Emin Fətullayevin bu sözlərinə görə, demək olar ki, onun Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyi ilə bağlı səsləndirdiyi fikirlərin arxasında müəyyən sifarişlər dayanır. Hətta nəzərə almaq lazımdır ki, keçmiş zərgər oğlunun müdafiəsi üçün xaricə üz tutacağını da söyləyib. Düzdür, bəzən bu cür bəyanatlarla çıxış edib, sonradan xaricdə yaşayan insanlar olub. Yəqin ki, Emin Fətullayev də bu cür metoddan istifadə etməklə xaricdə yaşamaq istəyir. Onun bu istəyinə "niyyətin hara, mənzilin də ora" deyirik. Ancaq ağsaqqal bir insanın xaricdə yaşamaq arzusunu Azərbaycanın milli maraqlarına zərbə vurmağa cəhd göstərmək, yəqin ki, bağışlanmaz günah hesab etmək olar.

Digər xəbərlər