PDF Oxu

Araşdırma

  • 12

“Qarabağ məsələsi regional müstəvidən çıxaraq artıq dünya probleminə çevrilib”

“Qarabağ məsələsi regional müstəvidən çıxaraq artıq dünya probleminə çevrilib”
"Fransa və Rusiya prezidentlərinin görüşündə Dağlıq Qarabağ probleminin müzakirəsinin keçirilməsi müsbət bir haldır. Bu onu göstərir ki, Qarabağ məsələsi regional müstəvidən çıxaraq artıq dünya probleminə çevrilib". Bu sözləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. A.Mirzəzadə bildirib ki, Fransa və Rusiya Minsk qrupunun həmsədr dövlətləri olmaqla bərabər, Ermənistanla xüsusi münasibətləri var. Nəzərə almaq lazımdır ki, bu ölkələrin Ermənistanla xüsusi münasibətləri olmaqla yanaşı, Azərbaycanla da əlaqələrinin yüksək səviyyədə olmasına maraqlıdır. O, hesab edir ki, bu bəyanat diqqəti cəlb edən məsələdir. Görüşdə münaqişənin geniş müzakirə olunduğunu söyləmək olar. "Bir məqam təqdirəlayiqdir ki, münaqişənin həlli məsələsi böyük dövlətlərin diqqətindədir. Problemin mövcudluğu dünyanı narahat edir. Münaqişə Ermənistan üçün böyük problemlər yaradır. Fransa və Rusiya öz müttəfiqlərinin bu problemlərdən azad olunması üçün məsələyə ikiqat yanaşmalıdılar. Ümumən, prezidentlər tərəfindən aparılan müzakirə Dağlıq Qarabağ probleminin həlli üçün yeni motivasiyalar yaradır", deyə A.Mirzəzadə qeyd edib.

Digər xəbərlər