Yaşar Yakış: "Türkiyə-Ermənistan protokolları Türkiyə Parlamentində təsdiq edilməyəcək"
Türkiyə-Avropa İttifaqı Birgə Parlament Komissiyasının həmsədri, keçmiş xarici işlər naziri Yaşar Yakış hesab edir ki, Ermənistan hökumətinin və Konstitusiya Məhkəməsinin Ankara-Yerevan protokollarına dəyişiklik etməsindən sonra Türkiyə Parlamenti protokolları parlamentdə təsdiq etməyəcək. "Ermənistan Türkiyə ilə imzaladığı protokolların Konstitusiya Məhkəməsinin etdiyi dəyişiklikləri Ankaraya qəbul etdirməyi düşünürsə yanılır. Ankara heç vaxt bu dəyişiklikləri qəbul etməyəcək", - şənbə günü Yakış Ankaradan telefonla Trend News-a bildirib.