PDF Oxu

Araşdırma

  • 6

Ermənistan ordusu dağılır

Ermənistan ordusu dağılır
Son vaxtlar dünyada və regionda baş verən hadisələr, bir sıra ölkələr kimi, Ermənistanın da durumunu ağırlaşdırıb. İşğalçı ölkə həm iqtisadi, həm siyasi, həm də sosial böhran keçirir. Böhran işğalçı ölkənin ən çox önəm verdiyi sahədə hərbi də öz dağıdıcı təsirini göstərir. Ümumiyyətlə, ən pis vəziyyət Ermənistan ordusundadır. Terrorçu dövlətin cinayətkar rəhbərləri bunu ört-basdır etmək üçün hərdənbir "hərbi" təlimlər keçirsələr də, artıq orduda baş verənləri gizlətmək mümkün olmur. Yaranmış durum erməni gənclərin kütləvi şəkildə ordudan yayınmasına və əsgərlərin fərarilik etməsinə səbəb olur. İşğalçı ölkənin zəbt edilmiş Azərbaycan ərazilərində olan hərbi ekspedisiya korpusunda son vaxtlar daha ciddi problemlər ortaya çıxır.
Bu yerdə Ermənistan ordusunun durumunu analiz etməyə dəyər. Bu gün Ermənistan ordusu olduqca ağır böhran yaşayır ki, bunu faktlar sübut edir. Məsələ burasındadır ki, Ermənistan ordusunda baş verən fərarilik, ölüm, döyülmə, rüşvətalma, intihar və digər hərbi cinayətlərin sayı 2008-ci ilə nisbətən 2009-cu il ərzində təxminən 30 faiz artıb.
Azərbaycan torpaqlarını işğal edən Ermənistan ordusunda mənəvi-psixoloji durum son aylarda daha kəskin böhran həddinə çatıb. Bununla bağlı Ermənistanda fəaliyyət göstərən hərbi yönümlü qeyri-hökumət təşkilatları, o cümlədən, "Əsgər Anaları" cəmiyyəti maraqlı faktlar açıqlayıblar.
Bu qurumlar tərəfindən hazırlanmış hesabatlara görə, düşmən ordusunda baş verən fərarilik, ölüm, döyülmə, rüşvətalma, intihar və digər hərbi cinayətlərin sayı 2008-ci illə müqayisədə 2009-cu ildə 25 faiz artıb. Ötən il düşmən düşərgəsində 2000-ə yaxın hadisə baş verib. Bunlardan 100-dən çoxu fərarilik, 200-ə yaxını hərbi hissəni özbaşına tərketmə, 50-ə qədəri intihara cəhd, 500-dən çoxu rüşvətalma, 400-ə qədəri döyülmə və işgəncə, 40-dan çoxu zorlama, 70-dən çoxu ölüm faktı olub.
Terrorçu dövlətin ordusunda ölüm hallarının sayı da yüksələn xətlə artır. Təkcə ötən il Ermənistan silahlı qüvvələrində 200-dək hərbi qulluqçu həlak olub ki, bunlardan 120-dən çoxu qeyri-döyüş vəziyyətində ölüb. Ümumilikdə isə, göstərdiyimiz dövr ərzində Ermənistan ordusunda həlak olan hərbi qulluqçuların 80 faizinin ölümü qeyri-döyüş itkisi hesab edilir. Qeyri-döyüş itkiləri əsasən I, II və III ordu korpuslarının tabeliyində olan hərbi hissələrdə baş verib. Ən biabırçı məlumatlar isə. ondan ibarətdir ki, əxlaqsızlıq halları erməni ordusunun simasına çevrilməkdədir.
Aparılan yoxlamalar zamanı Ermənistan ordusunun kütləvi şəkildə homoseksualizm bəlasına düçar olduğu aşkarlanıb. Bu cür faktları konkretləşdirməyin mümkünsüzlüyünü erməni rəsmiləri özləri də etiraf edirlər. Durum o həddə çatıb ki, hazırda ordu komandanlığının göstərişi ilə belə halların daha da genişlənməməsi və aşkar olunmuş şəxslərin ordudan tərxis olunmaları məqsədilə xüsusi hərbi həkim komissiyası yaradılıb.
Digər ciddi bir fakt isə ondan ibarətdir ki, bu orduda ayrıseçkilik və dedovşina hallarının mövcudluğu ölkə ictimaiyyəti tərəfindən narazılıqla qarşılanıb. Belə ki, Qarabağ ordusunda xidmət edən ermənistanlıların qarabağlı komandir heyəti tərəfindən daim təhqir olunması, əmri yerinə yetirməyən əsgərlərin isə fiziki təzyiqlərə məruz qalması çoxdan heç kəsi təəccübləndirmir.
Bunun nəticəsində Qarabağda yerləşən dağ-atıcı və motoatıcı diviziyaların tərkibindəki hərbi hissələrdə ermənistanlılarla qarabağlılar arasında ötən il 23 bıçaqlanma hadisəsi baş verib. Münaqişə zamanı 6 ermənistanlı hərbi qulluqçu ölüb, 9 nəfər isə ağır yaralanıb.
Beləliklə, Ermənistan siyasi hakimiyyətində Ermənistandan olanlarla Qarabağdan olanlar arasında baş verən çəkişmə orduda da özünü açıq şəkildə büruzə verir. Belə ki, hərbi qulluqçularla Qarabağdan olan erməni hərbçiləri arasında davam edən ayrı-seçkilik və qruplaşma problemləri ölkə ictimaiyyətinin ciddi müzakirə mövzusudur.
Ermənistanlıların qarabağlı komandir heyəti tərəfindən daim təhqir olunduğu, fiziki təzyiqlərə məruz qalmaları çoxsaylı cinayət faktlarına əsas verib. Hətta Ermənistandan olan hərbçilərin Qarabağdan olan hərbçilər tərəfindən zorlandığı barədə də faktlar ortaya çıxmaqdadır.
Son 2 il ərzində Qarabağda xidmət edən Ermənistan vətəndaşlarına qarşı törədilmiş 1124 döyülmə və işgəncə faktı ilə bağlı 132 zabit və 157 gizir barəsində cinayət işi qaldırılıb. Onlardan 128 nəfəri həbs edilib. Eyni maddələr üzrə ittiham olunmalarına baxmayaraq, 161 nəfər rüşvət hesabına özünü təmizə çıxara bilib.
Erməni ordusunun şəxsi heyəti arasında az qala gündəlik normaya çevrilməkdə olan homoseksualizm faktları ötən illərə nisbətən 2009-cu ildə daha da çoxalıb. Belə hərbi qulluqçuların 120 nəfəri Ermənistanda, təqribən 190 nəfəri isə Qarabağda xidmət edir. Durum o qədər acınacaqlı hal alıb ki, ordu rəhbərliyinin göstərişi ilə xüsusi hərbi həkim komissiyası yaradılıb.
Hərbi təhsil sahəsində də durum da pisləşib. Ali hərbi məktəblərdə oxumaq istəyənlərin sayı kəskin azalıb. Hazırda 50-dan çox kursant barəsində fərarilik və məktəbi özbaşına tərketmə maddəsi üzrə cinayət işi qaldırılıb. Yerevandakı Vazgen Sarkisyan adına hərbi təhsil müəssisəsində 100-dək kursant ötən il buradan çıxmaq barədə raport yazıb. Onların 50 nəfəri dördüncü, yəni, əsasən, sonuncu kurs kursantları olub.
Ermənistan silahlı qüvvələrində hərbi qulluqçuların sağlamlıq durumu da ağırdır. Bunun əsas səbəbi isə şəxsi heyətə aşağı kalorili və keyfiyyətli qida məhsulları verilməsidir. Əsgərlərin anti-sanitariya şəraitində xidmət aparması da sağlamlıq məsələsində ciddi əngələ çevrilib. 2009-cu il ərzində 3000 nəfərədək hərbi qulluqçu regional və mərkəzi hospitala yerləşdirilib.
Bundan başqa, 2007-2009-cu illər ərzində Ermənistan ordusunun şəxsi heyəti arasında mədə-bağırsaq, dəri-zöhrəvi və dizenteriya xəstəliklərinin sayı 2 dəfə artıb. Bütün bunlar Ermənistan və Qarabağda yerləşən hərbi hissələrdə baş verən bu və ya digər hadisələrin yalnız bir qismidir. Digər tərəfdən, zaman-zaman yayılan belə bir məlumat da təsdiq olunur ki, Ermənistan Müdafiə Nazirliyi cəbhə bölgəsinə yerləşdirməyə əsgər tapmır və buna görə də muzdlu şəxslər pulla səngərə gətirilir.
Göstərilənlər erməni ordusunun səfalət və böhran içərisində olmasını təsdiqləyən məqamların yalnız kiçik bir hissəsidir. Ümumiyyətlə, düşmən ölkədə vəziyyət o qədər acınacaqlıdır ki, belə davam edərsə, Ermənistan ordusu ən qısa zamanda dağılacaq. Çünki artıq işğalçı orduda durum dözülməz həddə çatıb.
Cəbhənin bu biri tərəfində isə, tamam başqa bir mənzərə var. Bu mənzərəni oxucularımıza tam olaraq, çatdırmağa ehtiyac belə yoxdur, nədən ki, xalqımız öz ordusunun necə bir qüdrətə və döyüş əzminə malik olduğunu yaxşı bilir.
Bu səbəbdən də, ermənilər üçün də belə məlumatları təqdim etməyə ehtiyac yoxdur. Düşmən tərəf bu haqda hər şeyi bilir. Bu səbəbdən də, son vaxtlar "kürklərinə birə düşüb". Azərbaycan Ordusunun öz sözünü demək qüdrətində olması Ermənistanda təşvişlə qarşılanır. Çünki hər bir erməni Azərbaycan əsgərinin nəyə qadir olduğunu gözəl bilir.

Digər xəbərlər