PDF Oxu

Araşdırma

  • 14

Erməni problemi: səbəb və nəticələr

Erməni problemi: səbəb və nəticələr
Azərbaycan diplomatiyasının son 10-15 ildəki gərgin işi nəticəsində Ermənistanın işğalçı olduğu və Azərbaycan ərazisinin 20 %-ni zəbt etdiyi həqiqəti dünya birliyi tərəfindən təsdiq olunub. Bəs regionun ən zəif, ən gücsüz, ən çətin durumda olan ölkəsinin- Ermənistanın işğalçı siyasəti hardan qaynaqlanır? Qarabağ probleminin sülh yolu ilə həllinə mane olan səbəblər hansılardır? Ümumiyyətlə, problem tək Qarabağın Ermənistan tərəfindən işğalı ilə bağlıdırmı?
Son 2 əsrdə Azərbaycan xalqına qarşı 86 soyqırım aktı həyata keçirən, yüz minlərlə insanı vəhşicəsinə qətlə yetirən, saysız terror aktları törədən, yüz minlərlə azərbaycanlını öz tarixi torpaqlarından deportasiya edən ermənilər bu qədər gücü hardan alıblar? Həqiqətənmi, tarixən qorxaq, satqın, saxtakar tayfa kimi tanınan, adlarını dəyişib erməni qoysalar da, "hay"lıqlarında qalan bu vəhşi qəbilə bu qədər böyük prosesi həyata keçirmək gücündə olub? Suallar çoxdur. Düşünürük ki, problemin yaranma səbəbləri və nəticələrinə nəzər salmadan fikir yürütmək düzgün olmazdı. Bu yazının mövzusu da ermənilərin güclü havadarlarının yardımı ilə yaxın tarixdə azərbaycanlılara qarşı həyata keçirdikləri işğal və soyqırım prosesi, bunun tarixi nəticələri ilə bağlıdır.
Erməniləri iç üzünün tam çılpaqlığı ilə açılması üçün bircə əsr qədər geriyə qayıtmaq kifayət edər. Baxmayaraq ki, ermənilər indi yaşadıqları ərazilərin tarixi sahibləri olan azərbaycanlılara qarşı xəyanət və təcavüz prosesini əsrlər öncə başlayıblar. Bu haqda Azərbaycan alimləri tərəfindən tarixi faktlara və sənədlərə əsaslanan kifayət qədər sanballı əsərlər yazıldığından burada təkrara ehtiyac görmürük.
Riyakar Avropa mətbuatı hələ XIX əsrin sonundan "erməni problemini" öz sevimli mövzusuna çevirmişdi. Şöhrətpərəst, şəhər tülküsü olan ermənilər özlərini himayə edən mətbuatın təbliğatından daha da çaşdılar. Onlar xristianların əsrlərlə dağıtmaq istədiyi türk dövlətlərinin ərazilərində "dövlət" yaratmaq iddiasına düşdülər.
Nə üçün belə oldu? Ona görə ki, "yazıq ermənilər"in problemi məxsusi erməni məsələsi deyil, bu, varlanıb çaşmış bəzi dövlətlərin yeni ərazilər və müstəmləkələr arzusunun bir formasıdır. Bu arzular güclənəndə, erməni məsələsi ortaya atılır. Ermənilərin problemi, ümumiyyətlə, avropalıların xarici siyasətində yoxdur. Ancaq erməni amilindən öz məqsədləri üçün istifadə etmək niyyətləri var. Ona görə də, erməni probleminin hər bir aktivləşməsi türk dövlətlərinin ərazilərinə ekspansiyası, ya da qarşılıqlı rəqabəti ilə bağlıdır.
Ermənilər türklərin əleyhinə təbliğat aparmağı öz xarici siyasətlərinin əsasına çeviriblər. Əslində, bu təbliğatın əsas hədəfi Türkiyə dövlətidir. Çünki Türkiyə Avropada normal qəbul ediləcəyi təqdirdə, Ermənistanın dövlət kimi mənası itəcək. Onlar dünyaya yayılıb yox olacaqlar. Necə ki, ordan-burdan gəlib sektant kilsə ətrafına yığılıblar.
Birinci Dünya müharibəsindən sonra bolşeviklərin yardımı ilə Bakı nefti hesabına varlanıb siyasətə qoşulan ermənilər üçün dövlət quruldu. Onlar 1905 və 1918-ci ildə Bakıda da türklərə qarşı terrora qurşandılar. Bolşeviklər bundan istifadə etdilər, halbuki Ermənistan Respublikası elan olunan gündən Azərbaycana savaş elan etdiyi və sərhəd döyüşləri apardığı bütün dünyaya məlum idi.
Arxalı köpək qurd basar. Onlar bir ovuc olsalar da, himayədarları çox idi. Bu dəfə erməni kilsəsi Qafqazda ərazi iddialarına başladı. Bu iddialar növbəti dəfə Avropa dövlətlərinin sərhədləri təzələmək planları ilə bir vaxta düşürdü. Ermənistan sovet respublikasının gerbində Türkiyə ərazisində yerləşən Ağrı dağının əksi peyda oldu.
Bolşeviklər rus imperatoru Nikolayı yıxandan sonra elan etmişdilər ki, sayından asılı olmayaraq, bütün xalqların öz müqəddəratını təyin etmək, yəni dövlət yaratmaq hüququ var. SSRİ dağılanda bu dəfə Qərb bu absurd prinsipi SSRİ ərazisində irəli sürdü: nəticədə Rusiyada 50 prezident ortaya çıxdı. Bunun ardınca isə balaca xalqların öz qonşuları ilə qədim düşməncilikləri və ərazi davaları ortaya atıldı.
Qərb sözdə hamını müdafiə edirdi və qan su yerinə axan yerdə hamıya bir məsləhət verirdi: məsələləri dialoq, danışıq yolu ilə həll edin. Bir-birinin qanını tökən adamlara belə məsləhətin bir mənası vardı: qırın bir-birinizi, təki Rusiya parçalansın. Amma Rusiya parçalanmadı, çünki ABŞ Yuqoslaviyanı bombalayanda, ağ elədi.
Nəhayət, Rusiya prezidentinin heysiyyəti baş qaldırdı, nəticədə B.Yeltsin qərbli sahiblərinə və müşavirlərinə qəzəbləndi, istefa verib DTK podpolkovniki V.Putini öz taxtına oturtdu. Bu, Rusiyada hərbçilərin hakimiyyətə gətirilməsi idi. Bolşeviklərin çevrilişi də elə bununla bitmişdi. Rusiyanı dağıtmaq planları yarıda qaldı.
...Sovetlər Birliyindən Ermənistan müharibəyə hazırlıqlı, Azərbaycan isə hazırlıqsız çıxmışdı. Bu səbəbdən müharibədə rus ordusunun köməyindən və Qərb ölkələrinin hərtərəfli dəstəyindən də istifadə edən Ermənistan ordusu Qarabağı işğal edə bildi.
Ermənilər Azərbaycan ərazisindən 20 faiz, başqa sözlə, 15 000 kvadratkilometr ərazi tutdu (öz 30000 kvadratkilometr ərazisinin yarısı qədər) və belə bir durumda 1994-cü ilin mayında atəşkəs elan edildi. Bu atəşkəs indiyə qədər davam edir. Həmin vaxtdan Ermənistanın bütün xarici siyasəti bir məqsədə- Azərbaycandan işğal etdiyi 15 min kvadratkilometrlik ərazini beynəlxalq hüquq pərdəsi arxasında özünə birləşdirməyə və dünya dövlətlərinin bu ilhaqı tanımasına can atır.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev qəti bir xarici siyasət aparırdı və Ermənistanla münaqişənin ancaq bir şərtlə- Azərbaycanın ərazi bütövlüyü şərti ilə həll edilə biləcəyini elan etmişdi. Ermənilər böyük xristian ölkələrin himayəsindən istifadə edib nə qədər fitnəkarlıq, hiyləgərlik etsə də, onların təşəbbüsləri Azərbaycan Respublikasının beynəlxalq hüquqa söykənən xarici siyasətinin qranit bünövrəsinə dəyib çilik-çilik olurdu.
Bütün dünya da bilirdi: Azərbaycan öz ərazilərinin işğalı ilə heç zaman barışmayacaq və özünün BMT tərəfindən tanınan ərazisindən bir qarış da ermənilərə verməyəcək. On beş ildir ikili standartlarla işləyən Qərb siyasətçiləri bizim dövlətimizi zorla Ermənistanla dialoq aparmağa məcbur edirlər. Bu, həmin demokratlardır ki, öz kosmik peykləri vasitəsi ilə Qarabağdakı hərbi əməliyyatları izləyir, Azərbaycan Ordusunun hər addımını ermənilərə xəbər verirdilər.
Türkiyənin Ermənistanla sərhədlərinin açılması məsələsi də bu planlarla yaxından bağlıdır. Rusiya dövlətini hər addımda alçaldan Gürcüstan onlara dərs olmuşdu. Ona görə Rusiya Gürcüstan savaşından sonra qəti qərara gəldi ki, Ermənistanla Azərbaycanı barışdırsın, Azərbaycanın torpaqlarını qaytarıb öz sülhməramlı qoşunlarını Qarabağda yerləşdirməklə həm ermənilərin, həm azərbaycanlıların qarantı olsun. Həm də Qafqazda öz mövqelərini möhkəmlətsin.
ABŞ bunu başa düşdü. Narahat oldu və Ağ Evdə alternativ plan quruldu. Belə hallarda olduğu kimi, Türkiyəyə kredit təklif olundu. Ermənilərə Türkiyə ərazisindən yol açmaq planı ortaya qoyuldu. Qərbə müstəqil yox, müsəlman ölkələrində yaratdıqları oyuncaq dövlətləri (Səudiyyə Ərəbistanı, Oman, Misir, İraq, Əfqanıstan, Fələstin Muxtariyyəti və s və i. ) və onların "lider"lərini idarə etməyə kömək edən Türkiyə lazımdır.
Öncə bunun müqabilində NATO Türkiyəni Rusiyadan qorumağı vəd edirdi. Lakin bu gün Türkiyədə kommunizm təhlükəsi yoxdur. Ona görə də Türkiyənin indi Rusiyadan ehtiyat etməsi üçün elə bir əsas yoxdur. Amma Qərb milyonçuları, yuxu Rusiyanı ərəb dünyası kimi parçalanmış, özlərini isə Səudiyyə Ərəbistanında olduğu kimi ağalıq edən görürlər. Bu, Qərbin ikili standartlara söykənən xarici siyasətidir.
Türkiyə və Ermənistan kimi dövlətlər isə bu siyasətin icrasında alət kimi görünür onlara. Əslində, ABŞ ermənilərə yardım etmək istəsəydi, Türkiyə sərhədini çoxdan açardı. Açmadı. Çünki onda Rusiya Ermənistan-Azərbaycan sərhədinə girmək istəmirdi. Amma indi istəyir.
Digər tərəfdən, Rusiyanın Qafqazdan getməsi, orada ABŞ-ın deyil, İranın əl-qolunu və aqressivliyini üzə çıxacaq. Azərbaycan üçün bu variant tragik nəticələrə səbəb ola bilər. Çünki molla rejimi Azərbaycanın gec-tez birləşəcəyindən qorxur və bunun qarşısını almaq üçün Azərbaycan Respublikasının güclənməsini istəmir. ABŞ isə İranla istənilən vaxt barışa bilər. Amerika üçün rejimin mollalardan ibarət olması əsas deyil, əsas odur ki, molla və ya qeyri-molla rejimi Vaşinqton qarşısında müti olsun.
İndiki durumda Ermənistan ağır iqtisadi-sosial böhran keçirir. Bütün regional layihələrdən kənarda qalan, heç bir iqtisadi potensialı olmayan, xarici yardımlar hesabına dolanan bir ölkədə artıq anlamağa başlayıblar ki, belə siyasətlə məhv olacaqlar. Bir sözlə, Azərbaycan işğalçı ölkəni bütün cəbhələrdə dalana dirəyib. Türkiyə-Ermənistan sərhədinin açılması isə, terrorçu dövlətin son anda xilas edilməsi ola bilər. Hansı ki, onlar özləri də bunun son çarə olacağını etiraf edirlər.
Türkiyə zatən ermənilərə mümkün olan bütün güzəştləri edib. Azərbaycanlılar Türkiyəyə viza ilə gedib-gəldiyi halda, ermənilər vizasız 3 aylıq gediş-gəliş hüququ əldə edib, erməni-türk iş adamları İran və Gürcüstan üzərindən ortaq ticarət edirlər, iki ölkə arasında hava reysləri işləyir, milyardlarla dollarlıq ticarət dövriyyəsi var. Beləliklə, sərhədlərin açılması yalnız bir siyasi məsələdir.
Erməni terroru hətta siyasi səviyyələrdə də türkə qarşı yönəlib. Ötən yüzildə onlarla türk diplomatına terror edilməsini, Osmanlı zamanında, öz vətənlərinə- Türkiyəyə etdikləri xəyanəti, hazırda bütün cəbhələrdə- (informasiya savaşı, diplomatik savaş, mədəniyyətimizə təcavüz və s) həyata keçirdiyi düşmənçilik siyasətini xatırlamaq kifayətdir.
Genetik erməni xəstəliyi sağalana oxşamır. "Erməni problemi" isə hələ uzun müddət bəşəriyyətin qara yarası kimi insanlığa zərər vurmaqda davam edəcək kimi görünür.

Digər xəbərlər