ATƏT-in Bakı Ofisinin rəhbəri Bilge Cankorel Naxçıvana gedir
Bu gün ATƏT-in Bakı Ofisinin rəhbəri, səfir Bilge Cankorel Naxçıvan Muxtar Respublikasına səfər edəcək. Bu barədə SİA-ya ATƏT-in Bakı Ofisindən məlumat verilib. Məlumata görə, səfər zamanı səfir B.Cankorel Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla görüşəcək. Bundan başqa, ATƏT-in Bakı Ofisinin rəhbəri Muxtar Respublikanın Daxili İşlər Naziri, Ədliyyə Naziri, Ali Məhkəməsinin sədri, İnsan Hüquqları üzrə Müvəkkil, Vəkillər Kollegiyasının sədri və respublikada fəaliyyət göstərən Qeyri- Hökumət Təşkilatlarının təmsilçiləri ilə görüşəcək.