PDF Oxu

Araşdırma

  • 12

Vladimir Putindən ciddi açıqlama:

Vladimir Putindən ciddi açıqlama:
Rusiyanın Baş naziri Vladimir Putin Moskvada Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşün yekunlarına həsr edilmiş mətbuat konfransında açıqlama ilə çıxış edib: "Cənubi Qafqaz bölgəsində, bizim qonşularımız olan bütün ölkələr arasında münasibətlərin normallaşmasında Rusiya hamıdan çox maraqlıdır". V.Putin bildirib ki, Rusiyanı həm Azərbaycanla, həm də Ermənistanla saysız-hesabsız tellər bağlayır: "Rusiyada milyonlarla, bir daha təkrar edirəm, milyonlarla azərbaycanlı və erməni yaşayır. Rusiya ilə bu ölkələr arasında iqtisadi əlaqələr inkişaf edir. Məsələn, biz Azərbaycandan qaz almağa başlamışıq. Əlbəttə, keçmişdən bizə miras qalmış bütün münaqişələrin tənzimlənməsində biz çox maraqlıyıq". O, xüsusi vurğulayıb ki, Rusiya bütün problemlərin, o cümlədən həm Qarabağ probleminin tezliklə tənzimlənməsində, həm də Türkiyə-Ermənistan münasibətlərinin tənzimlənməsində maraqlıdır. V.Putin deyib: "Biz çox ümid edirik ki, keçmişin problemlərinə əsaslanan ifrat yanaşmaların, ifrat mövqeyin hər hansı ünsürləri danışıqlar prosesindən kənar ediləcəkdir". Rusiyanın Baş naziri bir daha təkrarlayıb ki, onun ölkəsi bu məsələnin həllinə hər vasitə ilə kömək edəcək. Vladimir Putin türkiyəli jurnalistlərin sualını cavablandıraraq deyib: "Biz bütün tərəfdaşlarımızın mövqelərinə hörmətlə yanaşmışıq və bundan sonra hörmətlə yanaşacağıq. Bu məsələdə Rusiyanın rolu həmin mürəkkəb problemlərin həllinə yönəlmiş hər hansı müsbət addımları dəstəkləməkdən ibarətdir".

Digər xəbərlər