PDF Oxu

Araşdırma

  • 9

Yevda Abramov: “Freedom House” Azərbaycana qarşı qərəzli mövqeyi ilə tanınan beynəlxalq qeyri-hökumət təşkilatıdır”

Yevda Abramov: “Freedom House” Azərbaycana qarşı qərəzli mövqeyi ilə tanınan beynəlxalq qeyri-hökumət təşkilatıdır”
"Freedom House" təşkilatının hesabatı reallığı əks etdirmir. Ümumiyyətlə, "Freedom House" Azərbaycana qarşı qərəzli mövqeyi ilə tanınan beynəlxalq qeyri-hökumət təşkilatıdır". Bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov "Freedom House"nin illik hesabatına münasibət bildirərkən deyib. Y.Abramov qeyd edib ki, bu təşkilat Azərbaycanda gedən proseslərə obyektiv münasibət bildirmir. Belə ki, "Freedom House" ölkəmizdə ayrı-ayrı "hüquq müdafiəçiləri" və müxalifət partiyaları ilə əlaqə saxlayırlar. Onların verdiyi məlumat əsasında da belə nəticəyə gəlirlər. Komitə sədrinin müavini hesab edir ki, təşkilat hər il Azərbaycanla bağlı eyni şablon fikirləri bildirir. "Dəfələrlə təşkilatın nümayəndələri ilə polemikada olmuşam. Onların mövqeyi Azərbaycanda gedən obyektiv proseslərə adekvat deyil. Belə qurumlar öz maraqlarını güdür və havadarlarının verdiyi təlimatlara əsasən belə nəticələr çıxarırlar" deyə Y.Abramov qeyd edib.

Digər xəbərlər