PDF Oxu

Araşdırma

  • 10

Ermənistan uçuruma yuvarlanır

Ermənistan uçuruma yuvarlanır

2008-ci ildən bütün dünyada baş verən iqtisadi və maliyyə böhranı nəticəsində bir sıra dövlətlər yoxolma təhlükəsilə üzləşiblər. Yunanıstan, Serbiya, Sloveniya, Çexiya, Yunan Kipri, Ermənistan, Şri-Lanka, Afrika, Güney Amerika, Okeaniya regionlarında bir sıra dövlətlər tamamilə iflas durumundadırlar. Ən pis durumda olan ölkələrdən biri də Ermənistandır.
Ermənistan bu situasiyadan xilas olmağa çalışarkən, çıxış nöqtəsi kimi ölkəni xarici səhmdarlardan maliyyə asılılığına, bununla da, onların tam ixtiyarına verməklə, düşdüyü böhrandan bəlkə uzaq gələcəkdə çıxa biləcəyinə ümid edir. Buna görə də xarici dövlətlərdən, beynəlxalq maliyyə qurumlarından kreditlər almağa, yerli sənaye, maliyyə infrastrukturlarını, mədənləri, iri torpaq sahələrini xarici şirkətlərə satmağa başlayıb. Erməni strateqlərinin özləri də etiraf edirlər ki, "əsas məsələ Ermənistanın mövcudluğunu qorumaq"dır.
Dünya Bankının Yerevandakı təmsilçiliyinin rəhbəri Aristomen Varudaskis bildirib ki, qurumun araşdırmalarına görə, Ermənistanda daxili məhsulun gəlirləri 2010-cu ildə 50 faiz azalacaq. İndi ölkədə 90 min nəfər vətəndaş həddindən artıq kasıb şəraitində yaşayır.
Ekspertlərin fikrincə, bu rəqəm real həyatda iki dəfədən artıqdır. Digər tərəfdən, 2010-cu il büdcəsində sosial ayırmalar da ötən illərə nisbətən xeyli azaldılaraq, 240 milyard dram (623 milyon dollar) təşkil edir. Təbii olaraq belə bir durumda vətəndaşların həyat tərzi daha da ağırlaşacaq. 2009-cu il üçün Ermənistanda maliyyə və iqtisadi böhran 17 faiz həddində olub. Belə bir durum Ermənistan üçün çox böyük rəqəmdir.
Yerevandakı "Siyasi-İqtisadi Araşdırmalar Mərkəzi"nin rəhbəri Andranik Tevanyanın araşdırmalarına görə, hazırda Ermənistanda ağır həyat tərzində yaşayanların sayı 172 min nəfərdir. Gələn il bu sıraya əlavə olaraq, indi nisbətən orta səviyyədə yaşayanlar da qatılacaqlar. Hakimiyyətin son 11 ildə apardığı yanlış sosial və iqtisadi siyasətin nəticəsi kimi indi əhalinin 906 min nəfəri kasıblıq həddində yaşamağa məhkum edilib. Bunun 297 min nəfəri, sadəcə, fiziki cəhətdən mövcudolma şəraitindədir. Bu 11 ildə əhalinin 600-700 min nəfəri ailələrini dolandırmaq üçün xarici ölkələrə getməyə məcbur olub.
İndi dünyada baş verən ağır maliyyə böhranlarına görə bu insanlar ailələrinə maliyyə dəstəyi verə bilmək imkanlarından məhrumdur.
Ermənistan Əmək və Sosial Məsələlər Nazirliyinin etirafına görə, hazırda ölkədə yaşayan 1 milyon 700 min nəfər əhalinin 516 min 802 nəfərini təqaüdçülər və əlillər təşkil edir. Əhalinin 496 min nəfəri orta məktəb şagirdlərindən ibarətdir. Orduda xidmət edən 9 min 697 nəfər orduda qulluq etməklə yanaşı həm də təqaüdçüdür. Təqaüdçülərin orta aylıq gəlirləri isə 24 min 488 dramdır (64 dollar).
Sosial sahədə sığortalardan danışmağa belə dəyməz. Yerevan Dövlət Universitetinin "Sosial-İqtisadi Problemləri Araşdırma Mərkəzi" mütəxəssislərinin fikrincə, "Kasıb dövlətlərdə sığorta problemləri sahəsində əhalinin imkanları olmadığı üçün bu yöndə maliyyə problemlərinin ucbatından hər hansı bir sosial müdafiənin təşkili qeyri-realdır. Hökumət iqtisadi sahədə nə qədər ki islahatların başlanmasına hazırlıq tədbirləri görmür, durum beləcə davam edəcək".
Bu sahədə ixtisaslaşmış şirkətlərin etiraflarına görə, bazarda oliqarxların nəzarətində olan inşaat mallarının satışında qiymətlərin hələ də baha olması səbəbincə, daşınmaz əmlakın alınması və onun təmiri istiqamətində problemlər yaşanmaqdadır. Digər tərəfdən, xaricdə işləyən və hər ay ailəsinə pul göndərənlərin aqibəti indiki maliyyə böhranında qeyri-müəyyəndir. Onların çoxu sonuncu dəfə ailələrinə nə zaman maliyyə yardımı etdiklərini belə unudublar.

Dünya Bankının Yerevandakı nümayəndəsi A.Varudakis bildirib ki, qurumun hesablamalarına görə, Ermənistanın xarici borcları 2010-cu ildə orta hesabla 50 faiz artacaq. Ermənistan iqtidarı düzgün iqtisadi siyasət aparmaqla, 2012-ci ildən başlayaraq, xarici borclarını ödəmək imkanı əldə edə bilər.
Beləliklə, regionda işğalçı dövlət olan Ermənistan getdikcə uçuruma yuvarlanır. Sivil qonşuluq şəraitində yaşamaq istəməyən, bütün regional və beynəlxalq layihələrdən kənarda qalan terrorçu dövlət özünün məhvini sürətləndirməkdədir. "Məzlum" erməni xalqı isə hələ də daşnakların idarə etdiyi hakimiyyətin onları xilas edəcəyinə inanır. Bir də böyük qardaşlarının, onların ki, əllərində maşaya çevirdikləri xalqın yedirməkdən beziblər və indi bu xalqın məhv olmasını yalnız seyr etməklə məşğul olurlar.

Digər xəbərlər