PDF Oxu

Araşdırma

  • 10

HİV-ə və hepatit B-yə qarşı müayinə davam etdirilir

HİV-ə və hepatit B-yə qarşı müayinə davam etdirilir
Səhiyyə Nazirliyi və Vişnevskaya-Rostropoviç Fondunun birgə əməkdaşlığı ilə həyata keçirilən proqram 2010-cu ildə də davam edəcəkdir. Belə ki, hamilə qadınların HİV-ə və hepatit B-yə qarşı müayinəsi və yeni doğulmuş uşaqların hepatitin bu növünə qarşı tədbirlərin keçirilməsini nəzərdə tutan proqram 2008-ci ilin noyabrında Vişnevskaya-Rostropoviç Fondunun Direktorlar Şurasının Bakı toplantısında Səhiyyə Nazirliyi ilə əldə olunmuş razılığa əsasən reallaşdırılır. Proqram çərçivəsində 2009-cu ildə 29641 hamilə qadın hepatit B-yə və 17364 hamilə qadın HİV infeksiyalarına ekspress müayinə olunmuş və müsbət nəticə alındıqda yeni doğulmuş uşaqlar arasında zəruri tədbirlər həyata keçirilmişdir. Proqram çərçivəsində Respublika QİÇS-lə Mübarizə Mərkəzində qadın məsləhətxanaları, doğum evləri, birləşmiş şəhər xəstəxanalarının doğum şöbələri və uşaq poliklinikalarının 200-dən çox əməkdaşı üçün təlimlər keçirilmişdir. Eyni zamanda, hamilə qadınların qeydiyyatı və doğuşu ilə məşğul olan bütün tibb müəssisələri lazımi laborator materiallarla təmin olunmuşdur.

Digər xəbərlər