PDF Oxu

Araşdırma

  • 10

Regionların iqtisadi inkişafı sürətlənir

Regionların iqtisadi inkişafı sürətlənir
"Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində həyata keçirilən işlərin daha da sürətlənməsi ilə əhalinin yaşayış səviyyəsi xeyli yaxşılaşıb. Bu proqram çərçivəsində bölgələrdə istifadəyə verilən istehsal müəssisələrindən əlavə, ölkənin bütün şəhər və kəndlərində abadlıq-yenidənqurma işləri görülüb, mədəni-ictimai obyektlər istifadəyə verilib, gənclərin fiziki sağlamlığı məqsədilə ondan artıq idman olimpiya kompleksləri tikilibdir. Millət vəkili Aydın Mirzəzadə ölkə başçısının fəaliyyətində nəzərə çarpan və böyük uğurlar əldə edilən sahələrdən birinin məhz regionların iqtisadi inkişaf məsələsinin olduğunu bildirdi. Millət vəkili "Səs" qəzetinə verdiyi açıqlamasında bu və digər məsələlərlə bağlı fikirlər söyləyib: "Ölkə Prezidenti İlham Əliyev hakimiyyətdə olduğu bu illər ərzində regionlarda çoxsaylı görüşlər keçirməklə əhali qarşısında ümumdövlət və regional məsələlər barəsində öz fikirlərini bölüşdürür. Qeyd edim ki, elə buna görə də, ölkə başçısında regionların problemləri barəsində çoxlu məlumatlar var. Məhz bu səbəbdəndir ki, meydana çıxan problemlər tədricən həll olunur". A.Mirzəzadə onu da vurğuladı ki, son 6 il ərzində əldə olunan uğurlardan hiss olundu ki, hər iki Dövlət Proqramı üzərində uzun müddət ciddi işlənilib, həmçinin, bu məsələlərdə ölkə başçısı qətiyyətlidir və O, bütün resursları buna yönəltməyə çalışır: "Təkcə məqsəd qarşıya qoyulmadı, həm də məqsədə çatmaq üçün istifadə ediləcək qüvvələrdən, onların potensalından, bütün gücündən istifadə edildi. Heç bir region diqqətdən kənarda qalmadı. Hər birinin inkişafı paytaxt səviyyəsinə çatdırıldı". Millət vəkili müxalifətin bələdiyyə seçkilərindən sonra da öz mövqelərini müəyyənləşdirə bilmədiyini bildirdi: "Bir maraqlı cəhət var ki, bu gün müxalifət Prezidentin regionların inkişafı siyasətində hər hansı mövqeyini tənqid edə bilmir. Görülən işlər göz qabağındadır. Son illər ərzində 850 mindən çox iş yeri yaradılıb, eyni zamanda, 2010-cu ildə 100-150 min iş yerinin açılması nəzərdə tutulub. Ölkə başçısı regionun özünün təsərrüfatını iqlim şəraitinə, insan resurslarına uyğun müəssisələrin yaradılmasına xüsusi diqqət yetirir. Yaradılan müəssisələrin mütləq əksəriyyəti özəl sektordadır. Sahibkarların fəaliyyətinə güclü fikir verilir. Artıq regionlardan paytaxta deyil, paytaxtdan regionlara mütəxəssilərin axını başlayıb. Bu, eyni zamanda, qarşısı alınmayan prosesdir, həmçinin, 5 illiyə deyil, daha uzun müddətə davam etməsi nəzərdə tutulan proqramdır. Uzun illər bundan sonra da Azərbaycan dövlətçiliyinin inkişafı, onun regionlarının sosial inkişafından keçəcək".

Digər xəbərlər