PDF Oxu

Araşdırma

  • 5

Məzahir Pənahov: “Bu gün saat 16.00-a olan məlumata görə, məntəqlərdən protokolların 99 faizi MSK-ya daxil olub”

Məzahir Pənahov: “Bu gün saat 16.00-a olan məlumata görə, məntəqlərdən protokolların 99 faizi MSK-ya daxil olub”
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov dünən keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı son məlumatları açıqlayıb. SİA-nın xəbərinə görə, M.Pənahov dünən jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib ki, saat 16.00-a olan məlumata görə, məntəqlərdən protokolların 99 faizi MSK-ya daxil olub. Onun sözlərinə görə, bələdiyyə üzvü seçilmək niyətində olan 31 min namizəddən 15 min 478 nəfərin adı seçilənlər sırasındadır. Xatıladaq ki, ötən gün 1718 bələdiyyəyə 31 minədək namizədin iştirakı ilə keçirilən seçkilərdə ölkə üzrə qeydiyyatda olan 4 milyon 588 min 728 seçicidən 1 milyon 462 min 074 nəfəri iştirak edib. Bu ölkə üzrə 31,86 faiz seçici fəallığı deməkdir.

Digər xəbərlər