PDF Oxu

Araşdırma

  • 10

Bahar Muradova: ”2009-cu ili Azərbaycan uğurla başa vurur”

Bahar Muradova: ”2009-cu ili Azərbaycan uğurla başa vurur”
"Başa çatmaqda olan 2009-cu il dünyada maliyyə böhranı ilə müşayiət olunan bir il oldu. Eyni zamanda, Azərbaycanda bu məsələlərlə əlaqədar o qədər də ciddi kataklizmlər baş vermədi. Azərbaycan daha az ziyanla bu ili başa vura bildi". Bu sözləri Milli Məclisin sədr müavini Bahar Muradova 2009-cu ilin yekunlarını şərh edərkən deyib. B.Muradova qeyd edib ki, 2009-cu ili Azərbaycan uğurla başa vurur. "Hesab edirəm ki, bu, bizim ən ciddi uğurumuzdur, o cümlədən, bu, Azərbaycanın siyasi-iqtisadi sisteminin nə dərəcədə bu cür kataklizmlərə dayanıqlı olduğunu sübut edən bir məqamdır. Ona görə 2009-cu ili çox uğurlu il hesab edirəm" deyə vitse-spiker qeyd edib.

Digər xəbərlər