PDF Oxu

Araşdırma

  • 8

Ümumrusiya Azərbaycan Konqresi etiraz bəyanatı yayıb

Ümumrusiya Azərbaycan Konqresi etiraz bəyanatı yayıb

ABŞ Konqresinin Nümayəndələr Palatasının separatçı Dağlıq Qarabağ rejiminə 8 milyon ABŞ dolları məbləğində vəsait ayırması qərarı Ümumrusiya Azərbaycan Konqresinin də (ÜAK) etirazına səbəb olub. Bununla əlaqədar ÜAK-ın bəyanatı yayılıb. Məlumatı "Səs" qəzetinə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti verib.
Bəyanatda bildirilir ki, ABŞ Konqresinin belə bir qərar verməsi ÜAK tərəfindən böyük təəccüb və narahatlıqla qarşılanıb. Ümumrusiya Azərbaycan Konqresi hesab edir ki, məhz dünya birliyinin laqeydliyi nəticəsində Qarabağ separatçılarının işğalçılıq siyasəti və Azərbaycan xalqının başına gətirilən faciələr bu günə qədər öz siyasi və hüquqi qiymətini almayıb. "Erməni silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən başqa, 7 rayonunu da işğal edib, işğal edilmiş torpaqlardan bir milyona yaxın azərbaycanlı qovulmuşdur" - deyə bəyanatda vurğulanır. ÜAK bu qərarın qəbulunun gərginliyin daha da artırmasına xidmət edəcəyini və münaqişənin nizamlanması prosesində çətinliklər yaradacağını vurğulayıb.
Bəyanatın sonunda Ümumrusiya Azərbaycan Konqresi ABŞ Prezidenti Barak Obamanı Nümayəndələr Palatasının qərarına veto qoymağa çağırır.

Estoniya azərbaycanlıları ABŞ Konqresinə müraciət edib

"Aydan" Eston-Azərbaycan Mədəniyyət Mərkəzi Estoniyada yaşayan azərbaycanlılar adından ABŞ Konqresinə müraciət ünvanlayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "Səs" qəzetinə verilən məlumata əsasən, müraciətdə ABŞ Konqresinin Dağlıq Qarabağa 8 milyon dollar maliyyə yardımı ayrılması barədə büdcə lahiyəsindən narahalıq ifadə olunur.
Məktubda qeyd olunur ki, Estoniyada yaşayan azərbaycanlıların bir çoxu Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonların sakinləridir. "Onlar Xocalı soyqırımını törətmiş, Azərbaycan ərazisinin 20 faizini zəbt etmiş, bir milyon insanı öz torpağından didərgin salmış separatçı rejimə ABŞ-ın maddi dəstək verməsini etirazla qarşılayırlar".
Müraciətdə, həmçinin, bildirilir ki, Azərbaycan terrora qarşı mübarizədə ABŞ-ın etibarlı tərəfdaşıdır və əgər Dağlıq Qarabağdakı separatçı rejimə maliyyə yardımı ayrılması barədə qərar təsdiq olunarsa, bu, ABŞ-ın bütün dünya azərbaycanlılarının təsəvvüründə formalaşmış imicinə mənfi təsir edə bilər.
Qeyd edək ki, "Aydan" Eston-Azərbaycan Mədəniyyət Mərkəzi dekabr ayının 21-də müraciəti ABŞ-ın Estoniyadakı Səfirliyinə təqdim edib.

Digər xəbərlər