PDF Oxu

Araşdırma

  • 9

Diplomatik Akademiyada “Dünyanın enerji mənzərəsi-2009” adlı konfrans keçirilib

Diplomatik Akademiyada “Dünyanın enerji mənzərəsi-2009” adlı konfrans keçirilib
Dünən Azərbaycan Diplomatik Akademiyasında "Dünyanın enerji mənzərəsi-2009" adlı konfrans keçirilib. Bakıda səfərdə olan Beynəlxalq Enerji Agentliyinin icraçı direktorunun müavini Riçard Cons konfransda çıxış edərək enerji siyasətindən, ölkələr arasındakı enerji resursları uğrunda rəqabətdən danışıb. R.Cons qeyd etmişdir ki, dünyada baş verən iqtisadi böhran alternativ enerjidən istifadəyə marağı artırır. Buna görə də, dünya dövlətləri siyasi mövqelərinə yenidən baxmalıdır. Azərbaycanın dünyanın enerji təhlükəsizliyində oynadığı rola toxunan qonaq ölkə rəsmiləri ilə görüşündə bir sıra təkliflərlə çıxış etdiyini bildirib. Beynəlxalq Enerji Agentliyinin icraçı direktorunun müavini Azərbaycanın enerji layihələrindəki rolunun əhəmiyyətini xüsusi vurğulayıb. R.Cons qeyd edib ki, Azərbaycanda zəngin neft və qaz ehtiyatları vardır və bu resurslardan səmərəli istifadə olunur. Eyni zamanda, Azərbaycanın NABUKKO layihəsində iştirakı Avropa üçün əhəmiyyətlidir.

Digər xəbərlər