PDF Oxu

Araşdırma

  • 17

Küveyt daima Azərbaycnın haqlı mövqeyini müdafiə edib

Küveyt daima Azərbaycnın haqlı mövqeyini müdafiə edib
Prezident İlham Əliyev noyabrın 16-da Küveyt Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ğəssan Əbdülbari əl-Zəvavinin etimadnaməsini qəbul edib.
Ğəssan Əbdülbari Əl-Zəvavi fəxri qarovul dəstəsinin qarşısından keçdi. Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi. Dövlətimizin başçısı ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğuladı. Prezident İlham Əliyev Küveytə uğurlu səfərini və Küveyt əmiri şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah ilə keçirdiyi görüşləri xatırlayaraq həmin səfər zamanı əldə olunan razılaşmaların həyata keçiriləcəyinə ümidvar olduğunu bildirdi. Dövlətimizin başçısı iki ölkə arasında mövcud dostluq münasibətlərinin bundan sonra da davam edəcəyinə və ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birini gələcəkdə də dəstəkləyəcəklərinə əminliyini ifadə etdi. Ğəssan Əbdülbari əl-Zəvavi Küveytin əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın salamlarını dövlətimizin başçısına çatdırdı. O, ölkəsinin Azərbaycan ilə münasibətlərinin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə etdi. Ğəssan Əbdülbari əl-Zəvavi ölkəmizdəki diplomatik fəaliyyəti müddətində Azərbaycan tərəfinin ona dəstək göstərəcəyinə ümidvar olduğunu bildirdi. Dövlətimizin başçısı Küveytin əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Küveytin əmirinə çatdırmağı xahiş etdi.

Digər xəbərlər