PDF Oxu

Araşdırma

  • 6

Bakı Dövlət Universitetində “Heydər Əliyev məktəbi”nin növbəti məşğələsi keçirilib

Bakı Dövlət Universitetində “Heydər Əliyev məktəbi”nin növbəti məşğələsi keçirilib
Dünən Bakı Dövlət Universitetində (BDU) "Heydər Əliyev məktəbi"nin növbəti məşğələsi keçirilib. BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəqil dövlətimizin yaranmasında, möhkəmlənməsində və dünyada tanınmasında tarixi xidmətlərini vurğulayaraq, ulu öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
1988-1992-ci illərdə ölkəmizin parçalanmaq, dağılmaq təhlükəsi ilə üzləşdiyini qeyd edən rektor, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qaydışından sonra respublikamızın sürətli inkişaf yoluna çıxdığını xatırladıb. Akademik A.Məhərrəmov ulu öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasındakı müstəsna rolunu diqqətə çatdırıb. Prezident İlham Əliyevin apardığı siyasətin uğurlu nəticələrini qeyd edən rektor ölkəmizdə iqtisadiyyatın, elmin, təhsilin inkişaf etdiyini söyləyib. YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov müdrik dövlət xadimi Heydər Əliyevin Bakı Dövlət Universitetinin məzunu olduğunu xatırladıb. F.İsmayılov ulu öndər Heydər Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini bildirib. O, Yeni Azərbaycan Partiyasının inkişaf mərhələləri barədə məlumat verib.
Bakı Dövlət Universitetinin prorektoru, Yeni Azərbaycan Partiyası BDU ilk təşkilatının sədri İsmayıl Əliyev YAP-ın cəmiyyətimizdəki böyük rolunu nəzərə çarpdırıb. Universitetin 250-dək əməkdaşı və tələbəsi Yeni Azərbaycan Partiyasına üzv qəbul olunub. Sonra tədbir iştirakçıları BDU-nun Heydər Əliyev muzeyində olublar.

Digər xəbərlər