PDF Oxu

Araşdırma

  • 11

Bələdiyyə seçkilərində müxalifətin məğlubiyyəti qaçılmazdır

Bələdiyyə seçkilərində müxalifətin məğlubiyyəti qaçılmazdır

Bu il dekabrın 23-də yerli idaretmə orqanlarına növbəti seçkilər keçiriləcək. Proseslərin inkişafına əsasən, demək olar ki, cəmiyyətdə bələdiyyə seçkilərinə maraq yüksəkdir. Bu da, onunla bağlıdır ki, bələdiyyələr ərazilərin quruculuq-abadlıq işlərində, əhalinin yaşayış durumunun yaxşılaşdırılmasında yüksək nailiyyətlər əldə ediblər. Bu da ictimai rəydə bələdiyyələrin nüfuzunun artmasına, reytinqlərinin yüksəlməsinə səbəb olub. Araşdırmalar göstərir ki, bələdiyyələrə namizədlərin sayı ötən seçkilərdə şanslarını yoxlamaq istəyənlərin sayından çoxdur. Bu isə, seçkilərin gərgin rəqabət şəraitində keçəcəyindən xəbər verir.

Bəlli olduğu kimi, artıq bələdiyyə seçkilərinin birinci mərhələsi-imzatoplama kampaniyası başa çatmaq üzrədir. Daha doğrusu, xalqın birmənalı şəkildə dəstəklədiyi və qəbul etdiyi Yeni Azərbaycan Partiyası tərəfindən namizədlikləri irəli sürülən şəxslərin imzatoplama kampaniyası uğurla başa çatıb. Seçki komissiyası YAP namizədlərinin böyük əksəriyyətinin namizədliklərini təsdiqləyib. Digər partiyalar isə, xüsusilə də, cəmiyyətdə pozucu, təxribatçı imici qazanmış müxalifət partiyaları imzatoplama kampaniyasını, hələ ki, davam etdirməkdədirlər. Maraqlıdır ki, AXCP (i), Müsavat, ADP, AMİP və digər radikal partiyalar imzatoplama kampaniyasını həyata keçirə bilmədiklərindən hay-küy salır, diqqət mərkəzinə çevirilməyə xidmət edən fikirlər səsləndirirlər.  Ancaq bu hay-küylər yersiz olduğundan, cəmiyyət tərəfindən reaksiya verilmir. Əksinə, mətbu orqanlar gülünc vəziyyətə qalan müxalifət partiyalarını məsxərəyə qoyurlar. Seçki prosesində uğursuzluqlara düçar olduqlarına görə, ittiham xarakterli yazılarla tənqid olunurlar. Buna baxmayaraq, müxalifət partiyaları ənənəvi amplualarında çıxış etməkdədirlər.
Ötən gün AXCP (i) və Müsavat yedkilləri bəzi rayonlarda imzatoplama kampaniyasında problemlərlə üzləşdiklərini bildirən bəyanatlar səsləndiriblər. Onların iddialarına görə, YAP tərəfindən "Ümid", BAXCP, BQP və ADİP üçün namizədlər irəli sürülüb.
Məsələyə münasibət bildirən "Ümid" partiyasının Ali Məclisinin sədri Ənvər Ağayev bəyanat müəlliflərini qərəzli mövqe tutmaqda günahlandırıb. Onu da qeyd edib ki, onların özü hakimiyyət maraqlarını ifadə etdiklərindən, başqalarını günahlandırmağa səy göstərirlər: "Məhz Müsavat və AXCP (i)-nin səyi ilə "Qarabağ və Respublika Uğrunda Hərəkat"ın fəaliyyətinə son qoyuldu. Bu isə, hakimiyyətin sifarişi idi ki, bu sifairişi də onlar böyük həvəslə yerinə yetirdilər".
BAXCP Ali Məclisinin sədri Mikayıl Rəhimov da Müsavat başqanı İsa Qəmbərovu və AXCP (i) sədri Əli Kərimovu müxalifət daxilində çaşqınlıq yaratmağa xidmət edən fikirlər səsləndirməkdə günahlandırıb: "Kimin müxalifət olduğunu cəmiyyət çox gözəl bilir. Xarici fondlardan alınan qrantlar hesabına xalqa və dövlətə zidd mövqe nümayiş etdirmək müxalifətçilik deyil. Bu, milli maraqlara xəyanətdir".
Bir sözlə, bələdiyyə seçkilərinin ilk astanasında uğursuzluqla üzləşən radikal partiyalar bu məsələdə özlərini deyil, başqalarını günahlandırmağa çalışırlar. Təbii ki, proseslər açıq formada müşahidə edildiyindən, kimin haqlı olduğun görməmək mümkün deyil. Ona görə də, bütün bəhanələrə baxmayaraq, radikal müxalifətin bələdiyyə seçkilərində məğlubiyyətlə üzləşəcəkləri şübhəsizdir. Çünki labirintə düşüb sonradan oradan çıxmaq faktına, hələ ki, rast gəlinməyib.

Digər xəbərlər