PDF Oxu

Araşdırma

  • 5

Avropa Azərbaycanlıları Konqresi Türkiyə ilə Ermənistan arasında imzalanan protokollara etirazını bildirib

Avropa Azərbaycanlıları Konqresi Türkiyə ilə Ermənistan arasında imzalanan protokollara etirazını bildirib
Avropa Azərbaycanlıları Konqresi Türkiyə ilə Ermənistan arasında imzalanan protokollara etirazını bildirib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "Səs" qəzetinə verilən məlumata görə, konqresin prezidenti Başar Kömürün imzası ilə komitəyə bəyanat daxil olub. Orada deyilir ki, Azərbaycanın işğal edilmiş torpaqları azad edilmədən, ev-eşiyindən didərgin düşmüş 1 milyon azərbaycanlı doğma ata-baba yurduna dönmədən, on minlərlə şəhidin qanı yerdə qaldığı halda, Türkiyə ilə Ermənistan arasında atılacaq hər hansı barış addımı yalnız və yalnız zalıma cəsarət verə bilər. Hər şeydən əvvəl Azərbaycanın haqq səsi eşidilməlidir.
"Qafqazda sülh və əmin-amanlığın bərqərar olması bizim də arzumuzdur. Lakin sülh hüquq və ədalətə əsaslanmalıdır. Beynəlxalq hüquq ayaq altına atılmamalıdır" deyən Başar Kömür Avropa Azərbaycanlıları Konqresi adından bəyan edir ki, torpaqlarının 20 faizinin işğal altında olması yalnız Azərbaycanın problemi deyil, "mən türkəm, mən müsəlmanam, mən insanam" deyən hər kəsin problemi olmalıdır. "Azərbaycan dövlətinin haqlı mübarizəsini müdafiə etmək hər bir halda Azərbaycan diasporunun və Avropa Azərbaycanlıları Konqresinin namus borcudur". Bu sitat Avropa Azərbaycanlıları Konqresinın bəyanatındandır.

Digər xəbərlər