PDF Oxu

Araşdırma

  • 10

2010-cu ildə Azərbaycanda iqtisadi artım gözlənilir

2010-cu ildə Azərbaycanda iqtisadi artım gözlənilir
Dünən Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycandakı daimi nümayəndəsi Koba Qvenitadze ölkəmizdə fəaliyyətinin başa çatması ilə bağlı son mətbuat konfransını keçirib.
Ölkənin makroiqtisadi göstəriciləri və BVF-nin son proqnozları barədə məlumat verən nümayəndə Azərbaycanı iqtisadi artımın gözlədiyini bildirib. O deyib ki, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrindəki iqtisadi vəziyyət, göstəricilər və proqnozlara görə, 2010-cu ildə enerji ixrac edən ölkələrin - Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbəkistanın enerjini idxal edən ölkələrdən - Tacikistan, Gürcüstan, Ermənistan və Qırğızıstandan fərqli olaraq müəyyən iqtisadi artıma nail olacaqları bildirilib. Bu artım təxminən 1,5 faiz ətrafında olacaq. Bu rəqəm 0,9 faizdir, lakin son makroiqtisadi göstəricilərə, xüsusən də neftin qiymətindəki bahalaşmaya nəzərən rəqəm artıb. Nümayəndənin sözlərinə görə, artım yalnız Qazaxıstanda az müşahidə olunacaqdır ki, bu da həmin ölkənin bank və tikinti sektorundakı böhranla əlaqədardır. Ümumi daxili məhsulun ən çox azalacağı ölkə isə Ermənistan olacaq. Bu ölkəni, demək olar ki, heç bir artım gözləmir. Bir neçə ölkədə isə pul kütləsinin azalması Rusiyada baş verən maliyyə böhranı ilə əlaqədardır. Bu ölkələr sırasında Azərbaycan da vardır. Rusiyadakı maliyyə çətinliyi üzündən ticarət və xidmət sahələrində çalışan soydaşlarımızın vətənə dönmələri səbəbindən bu ölkədən daxil olan pul vəsaitləri azalıb. BVF vəziyyətin 2012-ci ildə sabitləşəcəyini proqnozlaşdırır. "Enerji ixrac edən ölkələr üçün yaxşı xəbərlər çoxdur. Bunlardan ən əsası gələn il neftin qiymətinin bir barrel üçün 50 dollardan 62 dollara qalxacağının gözlənildiyidir. Bu da dünyada bu məhsula olan tələbatın yüksəlməsi ilə əlaqədardır,"- deyə K.Qvenitadze vurğulayıb.

Digər xəbərlər