PDF Oxu

Araşdırma

  • 9

Ramiz Həsənov Ümumdünya Əqli Mülkiyyət Təşkilatının assambleyasında iştirak edib

Ramiz Həsənov Ümumdünya Əqli Mülkiyyət Təşkilatının assambleyasında iştirak edib
Cari ilin sentyabr ayının 22-dən oktyabr ayının 1-dək İsveçrənin Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının assambleyası keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycanı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Tədbir çərçivəsində Komitə sədri Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş direktoru Frensis Qarri ilə görüşüb. Görüşdə patent sahəsində əməkdaşlığın daha da təkmilləşdirilməsi məsələləri, tədris mərkəzinin yaradılması, məlumat axtarışı sisteminin avtomatlasdırılması prosesinin sona catdırılması, Baş direktorun yaxın zamanlarda Azərbaycana mümkün səfəri barədə muzakirələr aparılıb.
Assambleya çərçivəsində dünyada baş verən qlobal hadisələr və bu hadisələrin tənzimlənməsində əqli mülkiyyətin rolu mövzusunda rəhbər şəxslərin konfransı da keçirilib. Bununla yanaşı Mərkəzi Avropa və türkdilli dövlətlərin patent qurumlarının rəhbərləri ilə göruşlər olub və bu sahədə ölkələrarası əməkdaşlıq perspektivləri müzakirə edilib.

Digər xəbərlər