MDB Dövlət Başçıları əməkdaşlığın fəallaşdırılmasını müzakirə edəcəklər
təhlükəsizliyin təmin olunması, habelə MDB-nin nizamnamə orqanlarının və digər qurumlarının fəaliyyətinin optimallaşdırılması proseduruna dair Birlik dövlətlərinin əməkdaşlığının fəallaşdırılması ilə əlaqədar 20-yə yaxın sənəd layihəsinin müzakirə edilməsi nəzərdə tutulur.
MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən bildiriblər ki, eyni vaxtda Qələbənin 65 illiyi ilə əlaqədar dünya ölkələrinə müraciət qəbul olunması da planlaşdırılır. 2010-cu ilin Müharibə Veteranları İli elan edilməsi məsələsi də nəzərdən keçiriləcək. MDB Dövlət Başçıları Şurasının iclası ərəfəsində keçiriləcək Xarici İşlər Nazirləri Şurasının iclasında MDB-nin üzvü olan dövlətlərin humanitar, təhlükəsizliyin təmin edilməsi, MDB-nin sahə əməkdaşlığı orqanlarının fəaliyyətinin optimallaşdırılması və təkmilləşdirilməsi sahələrində əməkdaşlığın fəallaşdırılması, habelə Birliyin digər prioritet istiqamətlər üzrə fəaliyyətinə dair 22 məsələnin müzakirə olunacağı gözlənilir. Qeyd etmək lazımdır ki, MDB Dövlət Başçıları Şurasının növbəti iclası oktyabrın 10-da Kişinyovda keçiriləcək.