"Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması ilə türk dövlətlərinin ikinci böyük təşkilatının əsası qoyulub. Qloballaşan dünyada türk dövlətlərinin yaxınlaşmasının və bu mənada TürkPA-nın yaradılmasının böyük önəmi var". Bu sözləri Milli Məclisin sədri Oqtay Əsədov deyib.
O.Əsədov bildirib ki, Parlament Assambleyasının yaradılması türk xalqları arasında əlaqələrin daha da güclənməsinə öz töhfəsini verəcək. Milli Məclisin sədri türkdilli dövlətlərin önəmli bölgələrdə yerləşdiyini və Avropa ilə Asiyanın əlaqələrinin inkişafında mühüm rol oynadıqlarını vurğulayıb.
Səfa Mirzəyev: "Azərbaycanın Seçki Məcəlləsi kifayət qədər azad, demokratik və şəffaf seçki keçirilməsinə imkan verir"
Mili Məclis Aparatının rəhbəri Səfa Mirzəyev jurnalistlərə bildirmişdir ki, "Qarabağ və Respublika Uğrunda Hərəkat"da təmsil olunan siyasi partiyalar bələdiyyə seçkiləri ərəfəsində Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi ilə bağlı təkliflərini Milli Məclis Aparatına təqdim etmişlər. Həmin təkliflərdən ibarət qanun layihəsi parlamentin dövlət quruculuğu və hüquq siyasəti komitəsində müzakirə olunacaqdır.
S. Mirzəyev demişdir ki, indiki halda Seçki Məcəlləsinə heç bir əlavə və dəyişikliyə ehtiyac yoxdur. Müxalifətin bələdiyyə seçkilərində blok kimi iştirakı üçün qanunvericiliyə hər hansı düzəlişin edilməsi də mümkün deyildir. Azərbaycanın Seçki Məcəlləsi kifayət qədər azad, demokratik və şəffaf seçki keçirilməsinə imkan verir.
Qeyd edək ki, qəbul olunmuş qanunlar əsasında bələdiyyələrin birləşməsi həyata keçirilmiş və nəticədə 2757 bələdiyyədən 1718-i qalmışdır.
Növbəti bələdiyyə seçkilərinin 2009-cu ilin dekabrında keçirilməsi nəzərdə tutulur. Bundan əvvəl 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilmişdir.