PDF Oxu

Araşdırma

  • 6

Ermənistanla sərhədlərinin açılması real görünmür

Ermənistanla sərhədlərinin açılması real görünmür
Məlum olduğu kimi, Türkiyə və Ermənistanın sərhədlərinin açılması son vaxtlar gündə olan məsələlərdən birinə çevrilib. Bu sərhədlərin açılması nə dərəcədə real görünür. Türkiyənin bu hərəkəti Azərbaycanın maraqlarına zidd deyilmi? Bu məsələyə aydınlıq gətirmək üçün millət vəkili Fəzail İbrahimliyə müraciət etdik.
- Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi artıq demək olar ki, ikinci dalğadır ki, başlanır. Birinci dalğanın başlanması hamımızın yaddaşımızda qalıb və bu dalğanın başlanması böyük hay-küyə səbəb olmuşdur. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri zamanı qəti surətdə çıxış edərək, bildirmişdi ki, Türkiyənin sərhədinin bağlanmasının səbəbi, Azərbaycan və Ermənistan arasında olan münaqişədir. Nə qədər ki, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmayıb, o vaxta qədər də bu sərhədlər açılmayacaq. Bir qədər əvvəl də belə bir məsələ ortaya atılmışdır. Ancaq, sonradan Türkiyə və Ermənistan sərhədlərinin açılması məsələsi tamamilə sakitləşdi. İndi isə yenidən bu məsələ baş qaldırıb. Bu da bizdə bir qədər narahatçılığa səbəb olur. Bizim narahatçılığımız sözügedən danışıqların başlaması ilə əlaqədardır. Bu danışıqların gedişində Ermənistan öz iddalarından, işğalçılıq mövqeyindən əl çəksə və atdığı addımından peşmançılıq çəkdiyini ifadə etsə, bu, problemin həllini tezləşdirə bilər. Yox, əgər Dağlıq Qarabağ münaqişəsi öz həllini bağlanacaq müqavilələrdə və sazişlərdə tapmayacaqsa, onda Türkiyənin Azərbaycana qarşı münasibətində gərginliklər yarana bilər. Yəni qardaş Türkiyə tərəfindən bizə xəyanət edilsə, bu, təbii ki, pis nəticə verə bilər. Amma bu söz-söhbətdən nəticə çıxarmaq hələ tezdir. Yəni Türkiyə ictimaiyyəti bu məsələyə qoşula bilər. Türkiyə parlamentində bu məsələ müzakirə edilməlidir və sonra haqqında nəsə demək olar. Əgər türk dövləti tərəfinən bizə qarşı xəyanət olarsa, onda bir dövlət və iki millət sayılan iki dövlətin münasibətləri pozula bilər.

Digər xəbərlər