PDF Oxu

Araşdırma

  • 9

Ekvadorun YUNESKO-nun baş katibi vəzifəsinə namizədi Azərbaycanın dəstəyinə güvənir

Ekvadorun YUNESKO-nun baş katibi vəzifəsinə namizədi Azərbaycanın dəstəyinə güvənir
Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, avqustun 24-də nazir Elmar Məmmədyarov Ekvadorun YUNESKO-nun baş katibi vəzifəsinə namizədi xanım İvonne A-Baki ilə görüşüb. Azərbaycanda olmasından məmnunluğunu ifadə edən xanım İ.A-Baki seçkiqabağı platforması haqqında ətraflı məlumat verərək, baş katib postuna seçiləcəyi təqdirdə YUNESKO-nun dünyada tanıdılması və fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində səy göstərəcəyini bildirib. Seçkiqabağı kampaniyası vaxtı məhdud sayda ölkələrə səfər etdiyini vurğulayan qonaq Azərbaycana səfərini xüsusi vurğulayaraq ölkəmizin dəstəyinə güvəndiyini qeyd edib.
Nazir E.Məmmədyarov təşkilatın ölkəmiz üçün vacibliyini bildirərək, Azərbaycan-YUNESKO əlaqələrinin hazırkı vəziyyətini yüksək qiymətləndirib. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın YUNESKO-nun xoşməramlı səfiri olmasını vurğulayan nazir son illər ölkəmiz ilə bu təşkilat arasında əməkdaşlığın genişləndiyini diqqətə çatdırıb. E.Məmmədyarov namizədlərini irəli sürmüş ölkələrin Azərbaycana dəstəklə bağlı müraciət etdiyini bildirərək, hazırda namizədlərin tərəfimizdən nəzərdən keçirildiyini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər