Şəmsəddin Hacıyev: “Boloniya posesinə keçid Azərbaycan təhsilinin daha da inkişafına xidmət edir
"Azərbaycan rəsmi olaraq 2005-ci ildə Boloniya prosesinə keçidlə bağlı Konvensiyaya imza atıb və bununla bağlı öz üzərinə öhdəliklər götürüb. 2010-cu ilə qədər isə prosesə keçid başa çatmalıdır". Bu sözləri Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev deyib.
Komitə sədri bildirib ki, Boloniya prosesindən irəli gələn bir sıra meyarlar var. Bu meyarlar isə bütövlükdə təhsilimizin Avropa standartlarına cavab verməsinə xidmət edir.
Ş.Hacıyevin sözlərinə görə, hazırda Azərbaycan ali məktəblərinin bəziləri tam, bəziləri isə Boloniya prosesinə qoşulub.