PDF Oxu

Araşdırma

  • 8

ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutu YAP Gənclər Birliyinin üzvlərinə treninq kurslar keçəcək

ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutu YAP Gənclər Birliyinin üzvlərinə treninq kurslar keçəcək
Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutu ilə əməkdaşlığı davam etdirir. Əməkdaşlıq çərçivəsində 18-20 avqust tarixlərində Beynəlxalq Respublikaçılar İnstitutunun Bakı ofisində YAP Gənclər Birliyinin 10 fəal üzvü üçün treninq kurslar keçiriləcək.
Bu haqda YAP Gənclər Birliyinin sədri Ramil Həsənov məlumat verib. R.Həsənovun sözlərinə görə, treninq kurslar "Bələdiyyə seçkilərində gənclərin və qadınların rolu" mövzusunda olacaq. Bu kursları gənclərə avropalı mütəxəssislər keçəcək.Kurslar başa çatdıqdan sonra gənclərə Beynəlxalq Respublikaçılar İnstitutu tərəfindən sertifikatlar təqdim olunacaq.

Digər xəbərlər