PDF Oxu

Araşdırma

  • 9

Özəl sektorda istehsal üstünlük təşkil edir

Özəl sektorda istehsal üstünlük təşkil edir
Dövlət Statistika Komitəsindən bildiriblər ki, 2009-cu ilin yanvar-iyul aylarında ölkə sənayesində 11,3 milyard manatlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz çox məhsul istehsal olunaraq sənaye xarakterli xidmət göstərilib. Sənaye istehsalının 72,5 faizi mədənçıxarma, 21,2 faizi emal və 6,3 faizi elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi bölmələrinin payına düşüb.
İstehsalın 91,7 faizi malların, 8,3 faizi isə sənaye xarakterli xidmətlərin hesabına yaranmış, sənaye məhsulunun 21,7 faizi dövlət müəssisələrində, 78,3 faizi isə özəl bölmədə istehsal edilib.
İstehsal olunmuş sənaye məhsulunun 99,9 faizi istehlakçılara göndərilmiş, müəssisələrin anbarlarında 206,2 milyon manatlıq hazır məhsul qalıb.

Digər xəbərlər