PDF Oxu

Araşdırma

  • 10

NATO-nun maddi-texniki təchizat agentliyinə yeni baş direktor təyin olunub

NATO-nun maddi-texniki təchizat agentliyinə yeni baş direktor təyin olunub
NATO-nun Maddi-Texniki Təchizat Agentliyinə (NAMSA) yeni baş direktor təyin olunub. Qurumun rəsmi saytında bildirilir ki, yunanıstanlı general-mayor Antonios Çatzidakis NAMSA-nın baş direktoru postunda almaniyalı Karl Haynz Münzeri əvəz edib.
Alyansın əməliyyatlarına logistik dəstəyi təmin edən NAMSA silah sistemlərinin istehsalı, təchizat, konversiya və digər əməliyyatlara cavabdehdir. NAMSA-nın 2008-ci ildə göstərdiyi xidmətlərin dəyəri 1,1 milyard avro olub. NAMSA NATO-nun Azərbaycan ilə ən sıx əməkdaşlıq edən strukturudur. Agentliyin maddi və texniki dəstəyi ilə Azərbaycanda sovet hərbi bazalarında qalmış 1500 ton təhlükəli raket yanacağı olan melanj zərərsizləşdirilib. NAMSA-nın maliyyələşdirdiyi ən böyük konversiya layihəsi - partlamamış hərbi sursatların (PHS) ləğvi üzrə "Saloğlu" layihəsi isə hazırda icra olunur.

Digər xəbərlər