PDF Oxu

Araşdırma

  • 9

Dağlıq Qarabağla bağlı Karakov görüşü gözlənilir

Dağlıq Qarabağla bağlı Karakov görüşü gözlənilir
Son günlərin ən çox diqqət mərkəzində olan hadisələrindən biri Polşanın Karakov şəhərində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin görüşünün keçirilməsidir. Görüş o mənada əhəmiyyətlidir ki, artıq həmsədr dövlətlərinin prezidentlərinin münaqişənin tənzimlənməsi ilə bağlı Madrid prinsiplərinin yeni versiyasını irəli sürüblər.
Karakov görüşünün mahiyyəti nədən ibarətdir? Politoloq Elman Nəsirov "Səs" qəzetinə verdiyi açıqlamasında bildirdi ki, bu məsələ maraq doğurur. Onun sözlərinə görə, görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri öz dövlətlərinin prezidentlərinin irəli sürdüyü versiyanın detalları üzərində işləməyə başlayıb: "Versiyanın bir neçə nüanslarını dəqiqləşdirmək istəyirlər. Məqsəd də ondan ibarətdir ki, yenilənmiş versiyanın hazırladıqdan sonra sentyabr ayının əvvəlində bütün həmsədrlər adından ABŞ-ın nümayəndəsi Metyu Brayzənin Bakıya və eyni zamanda, Yerevana səfəri gözlənilir. Bunu ardınca həmsədrlərin regiona səfəri başlayır. Nəhayət, yeniləşmiş versiya ilə həm Bakını, həm də Yerevanı tanış etdikdən və bütün tərəflərin mövqeyini bildikdən sonra oktyabrda ATƏT-in Minsk Qrupunun Kişinyovda keçiriləcək sammitində Ermənistan və Azərbaycan prezidentlərinin görüşünü təşkil etməkdir. Artıq Madrid prinsiplərinin yeni versiyası üzərində iş sentyabr ayında başa çatmalıdır. Oktyabr ayında isə, prezidentlər məsələni müzakirə etməlidirlər".
E.Nəsirov bildirdi ki, indidən nəticənin necə olacağını demək çətindir. Çünki Ermənistan artıq özündə yeniləşmiş versiya ilə bağlı hökuməti ittiham etməyə başlayıb: "Müxalifətin fikrincə, güya bu yeni versiya, əslində, rəsmi Yerevanın mənafeyinə ziddir. Rəsmi Bakı da bu məsələ ilə bağlı bəzi məqamlarla razı deyil. Münaqişənin tənzimlənməsi ilə bağlı görülən işləri dəstəkləsə də, atılan addımları müdafiə etsə də, həmin yeni versiyada Azərbaycanı razı salmayan məqamlar var. Hazırkı vəziyyətdə Minsk Qrupu üzvlərinin işi razılaşmayan məqamlarda ortaq məxrəc tapmaqdan ibarətdir".
Politoloqun fikrincə, iyulda aparılan iş, avqust ayında atılacaq addımlar, nəhayət, sentyabrda həmsədrlərin regiona səfəri, hansı nəticəni verəcəyinə cavab vermək çətindir. Amma hər halda, belə bir görüşün keçirilməsi gözləniləndir.

Digər xəbərlər