PDF Oxu

Araşdırma

  • 10

Qafqaz Bitkiçiliyinin Qırmızı Siyahısının hazırlanmasına həsr olunmuş simpozium keçirildi

Qafqaz Bitkiçiliyinin Qırmızı Siyahısının hazırlanmasına həsr olunmuş simpozium keçirildi
Qafqazın qaynar nöqtəsinin bitki aləmi regionun coğrafi və geoloji tarixi xüsusiyyətlərinə görə olduqca zəngindir. Qafqaz florasında 6300 borulu bitki növü var. Bunlardan 2500-ü bu region üçün endemdir. Milli səviyyədə kifayət dərəcədə geniş məlumat mövcuddur.
Lakin beynəlxalq təcridlər səbəbindən regionun müxtəlif ölkələrində imkanlar müxtəlif istiqamətdə inkişaf etmişdir. 2004-cü ilin oktyabrında başlanmış "Biomüxtəlifliyin qaynar nöqtələrindən biri olan Qafqaz bitkilərinin Qırmızı Siyahısı ilə əlaqədar qiymətləndirmənin koordinasiyası və işlənib hazırlanması" layihəsinin məqsədi Qafqaz regionu üçün uyğunlaşdırılmış tireninq-simpoziumların keçirilməsi idi ki, bu da Qafqaz botaniklərinə beynəlxalq cəmiyyət tərəfindən qəbul edilən İUCN-in bitkilərin saxlanma vəziyyətinin qiymətləndirilməsi və monitorinqi metodları və Növlər haqqında Məlumat üzrə Xidmət (SİS) proqramından məlumatların işlənib hazırlanması və analizi üçün vasitə kimi istifadə etmək imkanı verir.
Layihə üzrə iş müddəti prosesində (2006-2009-cu illərdə) üç regionl simpozium keçirilmişdir. Simpoziumlararası müddətlərdə isə əməkdaşlıq edən institutların nümayəndələrindən ibarət yerli ekspertlərin cəlb edilməsi ilə işlər aparılmışdır. Nəticə olaraq növlərin yayılması və saxlanma vəziyyəti haqda tam icmal hazırlanmışdır.
AMEA Botanika İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Səlim Musayev, elmi işlər üzrə direktor müavini, botanika elmləri doktoru Validə Əlizadə, Herbari laboratoriyasının müdiri, botanika nlmləri namizədi Vüqar Kərimov və AMEA Mərkəzi Nəbatat Bağının Elmi işlər üzrə direktor müavini, botanika elmləri namizədi Vahid Fərzəliyev Tbilisidə keçirilən Qafqaz Bitkiçiliyinin Qırmızı Siyahısının hazırlanmasına həsr olunmuş yekun simpoziumda iştirak etmişlər. Toplantıda, həmçinin, Missuri Botanika bağından Dr. Tatyana Şulkina, Dr. Ceyms Solomon və Dr. Corc Şatc (lahiyənin koordinatoru) və 6 Qafqaz ölkəsinin botanika institutları və universitetlərinin nümayəndələri iştirak etmişlər.Toplantının məqsədi bütün regional endemlərin qiymətləndirilməsi üzrə aparılan işlərin müzakirəsi olmuşdur. Toplantı zamanı hər Qafqaz ölkəsi üçün saxlanma prioritetlərinin göstərilməsi ilə milli endemlərin qiymətləndirilməsinə yekun vuruldu, Qafqaz bitkilərinin "Qırmızı siyahısı"nın strukturu, formatı və mühüm botaniki ərazilərin müəyyənləşdirilmə prinsipləri nəzərdən keçirildi, Qafqaz bitkilərinin saxlanılmasının strategiyası üzrə təkliflər müzakirə edildi. Qafqaz bitkilərinin "Qırmızı siyahısı"nda müəyyən edilən qorunmanın "milli" prioritetlərinin siyahısı müzakirə edilən və təsdiq edilən sənəd hazırlandı. Əldə edilmiş nəticələrin İUCN-in qlobal "Qırmızı Siyahısı"na daxil edilməsi qərara alındı. Qafqaz bitkiliyi üzrə belə möhtəşəm layihənin uğurla tamamlanması dünyada böyük maraq doğurdu və şübhəsiz ki, bu, həm elmdə, həm də siyasətdə əməkdaşlığın inkişafına imkan yaradacaq.

Digər xəbərlər