PDF Oxu

Araşdırma

  • 7

Mark Franko: “Azərbaycan Nabukko üzrə mühüm tərəfdaşdır“

Mark Franko: “Azərbaycan Nabukko üzrə mühüm tərəfdaşdır“
Avropa Komissiyasının Rusiyadakı nümayəndəliyinin rəhbəri Mark Franko "Kommersant" qəzetinə müsahibəsində bildirib ki, Nabukko layihəsinin reallaşdırılması Avropa İttifaqının qaz nəqli mənbələrinin şaxələndirilməsi arzusundan irəli gəlir. Əlbəttə, Rusiya əsas qaz nəql edən ölkələrdən biridir, lakin Mərkəzi Asiya, Azərbaycan, İraq kimi ölkələri də Avropa bazarına birbaşa qoşmaq istərdik.
Nabukko sırf iqtisadi məntiqə əsaslanır. Məqsəd təbii qaz mənbələrinin şaxələndirilməsi üçün maksimum təchizatçılara malik olmaqdır. Yəqin ki, Ukrayna və Rusiya arasında baş vermiş yanvar hadisələri Nabukko üzrə hökumətlərarası sazişin imzalanması prosesini bir qədər sürətləndirib. Böhran bu layihənin vacibliyini göstərdi: təchizat mənbələri azaldıqca, qaz təchizatında hər hansı fasilələr daha kəskin hiss olunur. Azərbaycanın bu layihədə iştirakına toxunan M.Franko bildirib ki, Azərbaycan Nabukko üzrə mühüm tərəfdaşdır. Gələcək Transxəzər qaz kəməri, gözlənildiyi kimi, Nabukko layihəsinin bir hissəsi olacaq. Xəzərin statusuna gəldikdə isə, həmin məsələ vaxtı çatanda həll ediləcək. Mərkəzi Asiya ölkələri öz qazını Avropaya satmağa maraq göstərir. Buna görə də biz bütün bu səyləri birləşdirməliyik. Bundan başqa, Rusiya-Azərbaycan qaz sazişi layihənin həyata keçirilməsinə əngəl törətməyəcək. Çünki "Qazprom" Azərbaycanın bütün qazını deyil, bir hissəsini almaq barədə razılıq əldə edib. Yeri gəlmişkən, əgər Bakı həm Rusiya və həm də "Nabukko" ilə qarşılıqlı fəaliyyət göstərərsə, bunda heç bir problem görmürəm.

Digər xəbərlər