PDF Oxu

Araşdırma

  • 6

Ziyafət Əsgərov: “Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsilə həyatın bütün sahələrində yeniləşmə başladı”

Ziyafət Əsgərov: “Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsilə həyatın bütün sahələrində yeniləşmə başladı”
"Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 40 illiyi ilə bağlı fikir söyləmək mənim üçün böyük şərəfdir. 1969-cu ilin iyul ayının 14-də Ümummili Liderimiz ilk dəfə respublika rəhbərliyinə gələndə Azərbaycan, sözün əsil mənasında, keçmiş müttəfiq respublikalar arasında geridə qalmış bir respublika idi və Onun hakimiyyətə gəlişi ilə Azərbaycan dövlətinin, dövlətçiliyinin həyatına yeni bir ruh, yeniləşmə gəldi".
Bu sözləri Milli Məclis sədrinin birinci müavini, YAP Siyasi Şurasının üzvü Ziyafət Əsgərov deyib. Z.Əsgərov bildirib ki, o zaman həyatın bütün sahələrində yeniləşmə başladı və xüsusilə rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə geniş vüsət aldı. Eyni zamanda, sənayenin və kənd təsərrüfatının durumunda, inkişafında bir dirçəlmə özünü göstərdi. Həmin vaxt Azərbaycanın dövlət orqanlarında azərbaycanlıların xüsusi rolunun artırılmasına start verildiyini deyən birinci vitse-spikerin sözlərinə görə, Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması da məhz Ümummilli Liderin tarixi xidmətlərindən biridir. "Xüsusilə, onu qeyd etmək istəyirəm ki, Heydər Əliyevin ilk hakimiyyət dövründə - 1978-ci ilin aprel ayında Azərbaycanın yeni Konstitusiyası qəbul edildi və həmin sənəddə, bir çox müttəfiq respublikalardan fərqli olaraq, Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması o zaman üçün çox ciddi, mühüm bir addım idi. Təsəvvür edin ki, bu qədər qlobal işlərin öhdəsindən gəlmək heç də asan məsələ deyil. Sovet dövlətinin tərkibində milli, müttəfiq respublikalardan birinin rəhbərinin bu cür cürətli addımlar atması, əhəmiyyətli işlər görməsi, sözün həqiqi mənasında, böyük risq tələb edirdi" deyən Z.Əsgərov vurğulayıb ki, bugünkü Azərbaycanın inkişafı məhz Ulu Öndərimizin siyasətinin nəticəsidir.

Digər xəbərlər