PDF Oxu

Araşdırma

  • 12

Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər görülür

Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər görülür
Məhkəmə-Hüquq Şurasının məlumatına əsasən, ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə həyata keçirilən kompleks tədbirlər çərçivəsində yeni məhkəmələr, o cümlədən regional apelyasiya məhkəmələri yaradılmış, hakimlərin iş yükünün azaldılması, bununla da işlərə daha keyfiyyətli baxılmasının təmin edilməsi məqsədi ilə hakim ştatlarının sayı 50 faiz artırılmış, 160-dək yüksək hazırlıqlı hakimliyə namizəd ən mütərəqqi qaydalarla seçilib hakim təyin edilmiş, fəaliyyəti mənfi qiymətləndirilən və nöqsanlara yol verən 40-dək hakimin səlahiyyətlərinə xitam verilmişdir.
Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ardıcıl tədbirlər davam etdirilir, bu sahədə beynəlxalq təşkilatlarla sıx əlaqələr qurularaq, onların imkanlarından səmərəli istifadə olunur.
ATƏT tərəfindən həyata keçirilən məhkəmələrin monitorinqi layihəsi üzrə hazırlanmış aralıq hesabatı Məhkəmə-Hüquq Şurasında şura üzvlərinin, yüksək instansiya məhkəmələri hakimlərinin, məhkəmə sədrlərinin, habelə Ədliyyə Nazirliyinin, Baş Prokurorluğun və vəkillər kollegiyası nümayəndələrinin iştirakı ilə müzakirə edilib. Qeyd olunub ki, Ədliyyə Nazirliyi tərəfindən məhkəmə monitorinqləri mütəmadi keçirilərək, qanunvericiliyin pozulması və digər neqativ hallara yol verilməsinə görə bir çox hakimlər intizam məsuliyyətinə cəlb edilərək, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər görülüb. İclasda ATƏT tərəfindən həyata keçirilən bu layihənin də və obyektiv monitorinqin əhəmiyyəti vurğulanaraq, aralıq hesabatındakı məlumatlar müzakirə olunmuş, əvvəllər yol verilən bir çox nöqsanların aradan qaldırıldığı bildirilmiş, faydalı fikir mübadiləsi aparılıb. Həmçinin iclasda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə islahatının müsbət nəticələri qeyd olunmuş, məhkəmə infrastrukturunun müasirləşdirilməsinin və yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına xidmət etdiyi və insanların məhkəməyə müraciət imkanlarını asanlaşdırdığı vurğulanıb.

Digər xəbərlər