PDF Oxu

Araşdırma

  • 10

Bakının azad edilməsinin ildönümünə həsr olunmuş tədbir keçirilib

Bakının azad edilməsinin ildönümünə həsr olunmuş tədbir keçirilib
Türkiyə Universitetləri Məzunları İctimai Birliyində Bakının Qafqaz İslam Ordusun tərəfindən azad edilməsinin ildönümünə həsr edilmiş tədbir keçirilib. Tədbiri giriş sözü ilə Birliyin sədri Çingiz Bayramov açaraq, o dövrün ictimai-siyasi hadisələrindən, Qafqaz İslam Ordusunun Azərbaycana kömək məqsədilə gəlişindən, türk əsgərlərinin azərbaycanlılarla birlikdə ermənilərə qarşı göstərdikləri igidliklərdən, qəhrəmanlıqlardan danışıb.
Türkiyə Cumhuriyyətinin Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Bülənt Uğur, Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Teymur Vedizadə, tarixçi-alim Nəsiman Yaqublu, "Seçkin" qəzetinin baş redaktoru Nailə Süleymanova tədbirdə o günün önəmindən, İslam Qafqaz Ordusunun komandanı Nuru Paşanın şücaətlərindən söhbət açıblar.
Daha sonra mövzu ilə bağlı yazı-müsabiqə elan edilib. Müsabiqənin birincisi adını qazanan qələm sahibinə 150 manat, 2 və 3-cü yerlərə layiq görülən məqalə müəlliflərinə isə 100 manat mükafat veriləcək. Müsabiqədə iştrak edən, lakin ilk üçlüyə düşə bilməyən müsabiqə iştrakçılarına da təşkilatçılar tərəfindən qiymətli hədiyyələr və diplomlar veriləcək. Müsabiqə sentyabrın 15-də yekunlaşacaq.
Onu da qeyd edək ki, Bakının İslam Qafqaz Ordusu tərəfindən azad edilməsinin ildönümünə həsr olunmuş silsilə tədbirlər növbəti dəfə Gəncə şəhərində keçiriləcək. Burada torpaqlarımızın bütövlüyü, azadlığı uğurunda canlarını qurban vermiş vətən övladlarının uyuduğu Şəhidlər Xiyabanı ziyarət olunacaq. Tədbir iştrakçıları Nuru Paşanın Gəncədəki ev muzeyində olacaq, böyük türk sərkərdəsinin xatirəsini yad edəcəklər. Eyni zamanda, Gəncə şəhər icra hakimiyyətinin də dəstəyi ilə konsert proqramı təşkil ediləcək.
Sentyabr ayının 15-də isə Bakı şəhərindəki Yaşıl Teatrda keçirələcək tədbirdə, qaliblərin mükafatlandırılması və konsert proqramı ilə müsabiqəyə yekun vurulacaq.

Digər xəbərlər