Bakıda NATO-nun təlim kursu keçiriləcək
İyunun 22-dən 26-dək Bakıda Xarici İşlər Nazirliyinin dəstəyi ilə Azərbaycan NATO Beynəlxalq Məktəbi "Böhranların idarə edilməsi üzrə milli qabiliyyət quruculuğu" mövzusunda ali təlim kursu keçirəcək.
Təlim kursu çərçivəsində iştirakçılar böhran menecmenti nədir, beynəlxalq terrora qarşı mübarizə, əhəmiyyətli infrastrukturların mühafizəsi, enerji təhlükəsizliyi və digər mövzularda məruzələr dinləyəcəklər.