PDF Oxu

Araşdırma

  • 10

QHT-lər haqqında qanuna ediləcək dəyişiklik müsbət xarakterlidir

QHT-lər haqqında qanuna ediləcək dəyişiklik müsbət xarakterlidir

Bəlli olduğu kimi, Prezident Administrasiyası tərəfindən parlamentə QHT-lər haqqında qanuna əlavə və dəyişikliklər edilməsi ilə bağlı layihə təqdim olunub. Çoxdan gözlənilən bu layihə QHT sektorunun daha mükəmməl, geniş formada inkişafına və beynəlxalq prinsiplər əsasında fəaliyyətini qurmağa imkanlar yaradacaq. Söhbət etdiyimiz QHT rəhbərləri də QHT-lər haqqında qanuna əlavə və düzəlişlərin edilməsini zərurətdən doğan hal kimi qiymətləndirdilər.
Emin Həsənli,
THGMİB-nin sədri:

- Bildiyimiz kimi, QHT-lərlə bağlı demokratik islahatlar aparılır. QHT-lərə dəstək şurası yaradılıb. Layihələr maliyyələşdirilir. Hal-hazırda isə QHT-lər haqqında qanuna dəyişikliyin edilməsi zərurəti bəzi müxalifyönlü QHT rəhbərlərini, üzvlərini narahat edir. Amma qanuna dəyişiklik heç bir narahatlıq yaratmamalıdır. Qanuna dəyişiklikdən sonra yenə də QHT-lər demokratik qanunlar çərçivəsində fəaliyyət göstərəcək. Dövlətimiz, hər zaman olduğu kimi, yenə də QHT-lərə dəstəyini əsirgəməyəcək. Layihələrin icrası zamanı, cəmiyyətin maarifləndirilməsində QHT-lərin fəaliyyətinə dövlət yüksək səviyyədə dəstək verəcək. Azərbaycan dövləti QHT-lərlə bağlı hər zaman müsbət addımlar atıb və QHT-lər haqqında qanuna ediləcək dəyişikliklərdə atılacaq müsbət addımlardan biridir.

Çingiz Bayramov,
TUMİB-nin sədri:

Qanuna dəyişiklik olunmalıdır və dövlətimiz müzakirələrdən sonra bu dəyişikliyi edəcək. Bunu bizim ictimai birlik müsbət qarşılayır. Təbii ki, hər bir dövlətin öz QHT-lərinə həm sahib çıxması lazımdır və həm də QHT-lərlə bağlı məsələləri demokratik qanun çərçivəsinə salmalıdır. Azərbaycan dövləti də bu istiqamətdə, hər zaman olduğu kimi, yenə də müsbət addımlar atır. Bəzi QHT-ləri bu qanuna dəyişiklik ona görə narahat edir ki, onlar xarici qaynaqlardan maaliyyələşirlər və hansısa dövlətlər onlara maliyyə dəstəyi verir.
Ç.Bayramov onu da söylədi ki, qanuna dəyişikliyin edilməsi QHT-lərin xeyrinədir. Bu dəyişikliyə qətiyyən mənfi reaksiya göstərmək olmaz. Kimin xoşuna gəlmirsə və QHT-ni ticarətxanaya çeviribsə, bu əməlindən çəkinməlidir. Vətənpərvər QHT rəhbərləri və üzvləri qanuna ediləcək dəyişikliyi müsbət qiymətləndirməlidirlər.

Digər xəbərlər