PDF Oxu

Araşdırma

  • 12

Məlumat və Resurs Mərkəzinin açılış oldu

Məlumat və Resurs Mərkəzinin açılış oldu

Dünən "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində yaradılan Məlumat və Resurs Mərkəzinin rəsmi açılışı keçirildi. Tədbirdə təhsil naziri Misir Mərdanov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və digər rəsmi şəxslər iştirak edirdi. Tədbirdən öncə qonaqlar mərkəzlə, buradakı müasir avadanlıqlarla tanış oldular.

İlk öncə nazirlərə məlumat verilərək, bildirildi ki, mərkəzin yaradılmasında "Ultra" şirkəti və AZEDUNET təşkilatı iştirak edib. Bildirildi ki, "Ultra" şirkəti tərəfindən mərkəzdə avadanlıq yaradılıb, təhlükəsizlik sistemi və Azərbaycan təhsil şəbəkəsinin avadanlıqlar bazasını yerləşdirmək üçün ən müasir İntel platformalı HP dördnüvəli serverləri quraşdırılıb və bu da toplanılacaq məlumatlara kənar müdaxilələrin qarşısını alacaq. Tanışlıq zamanı mərkəzdə quraşdırılmış yeni avadanlıqlar vasitəsilə Bakıda fəaliyyət göstərən bir neçə məktəblə əlaqə yaradılıb.
Sonra mərkəzin konfrans salonunda KİV nümayəndələri üçün mətbuat konfransı keçirildi. Mətbuat konfransında çıxış edən təhsil naziri M.Mərdanov bildirdi ki, burada quraşdırılan texnologiya video-konfranslar keçirməyə və konfrans salonunda Azərbaycan təhsil şəbəkəsinə qoşulmuş bütün məktəblərə, eyni zamanda, mühazirələr və ya açıq dərslər keçirməyə imkan yaradacaq. Onun sözlərinə görə, mərkəzin vasitəsilə təhsil sahəsində baş verən hadisələrlə ilə bağlı məlumat alacağıq: "Məlumatı biləndən sonra idarəetmədə çox ciddi işlər görmək olar. Təhsillə bağlı bütün informasiyalar burada toplaşacaq. İdarəetmə orqanları, təhsil elmində çalışanlar, təhsil alanlar, valideynlər bu mərkəzlə məktəbə qoşulacaq və təhsil resurslarından yararlanaca biləcək. Neqativ halların qarşısının alınmasına xidmət edəcək".
M.Mərdanov, həmçinin, bəzi məsələlrə də aydınlıq gətirdi. Nazir bildirdi ki, hazırda ölkədə 7 mindən çox təhsil müəssisəsi var. Bu müəssisələrin hamısının təhlükəsizliyini təmin etmək qeyri-mümkündür: "Hələlik, belə qərara gəlmişik ki, böyük təhsil müəssisələrinin dövlətin xüsusi mühafizə orqanları tərəfindən qorunmasını sentyabrın 15-dən tətbiq edək. Bu, müəyyən xərclər də tələb edir. Vəsaitin olmaması isə çətinlik yaradır. Ona görə də, gələn ilin dövlət büdcəsində hər təhsil müəssisəsinin smetasında bu xərclər nəzərə alınacaq: "Dövlət təhsil müəssisəsi dövlət tərəfindən qorunmalı, təhsil alan və təhsil verən sağlamlığının dövlət tərəfindən qorunduğuna əmin olmalıdır".
Təhsil müəssisələrinin təhlükəsizliyinin qorunması ilə bağlı 2010-cu ilin dövlət büdcəsindən vəsait ayrıldığını deyən təhsil naziri hazırda ölkədə 7 mindən çox təhsil müəssisəsinin olduğunu bildirdi. Bu müəssisələrin hamısının təhlükəsizliyini təmin etmək qeyri-mümkündür: "Hələlik, belə qərara gəlmişik ki, böyük təhsil müəssisələrinin dövlətin xüsusi mühafizə orqanları tərəfindən qorunmasını sentyabrın 15-dən tətbiq edək. Bu, müəyyən xərclər də tələb edir. Vəsaitin olmaması isə çətinlik yaradır. Ona görə də, gələn ilin dövlət büdcəsində hər təhsil müəssisəsinin smetasında bu xərclər nəzərə alınacaq".
Tədbirdə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov çıxışında bildirib ki, bu mərkəzin yaranması ilə təhsil sistemi bütün ictimaiyyət üçün açıq və şəffaf olacaq. Onun fikrincə, bu da keyfiyyətin əsas göstəricisidir.
Mərkəzin serverindən Azərbaycan məktəblərinin elektron xəritəsi də yerləşdirilib. İnternet vasitəsilə ictimaiyyət üçün açıq olan bu resursdan məktəblər haqqında bütün zəruri məlumatlar əldə etmək mümkündür.

Digər xəbərlər