Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı keçiriləcək
İyulun 9-10-da İstanbulda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının növbəti illik toplantısı keçiriləcək. Tədbirdə ölkəmizi Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov təmsil edəcək.
Qeyd edək ki, Azərbaycan Mətbuat Şurası 2005-ci ildən Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının üzvüdür. Şura bu kimi toplantılara artıq üçüncü dəfədir qatılır.
Tədbirdə MŞ təmsilçisi məruzə ilə çıxış edəcək. Toplantıda, həmçinin, dünyada söz və mətbuat azadlığının vəziyyəti, KİV-in özünütənzimləmə üsullarının təkmilləşdirilməsi müzakirə olunacaq, mövcud problemlər araşdırılacaq və vəziyyətdən çıxış yolları müəyyənləşdiriləcəkdir.