PDF Oxu

Araşdırma

  • 12

AZƏRBAYCANIN TƏBRİZDƏKİ BAŞ KONSULLUĞUNDA RESPUBLİKA GÜNÜ MÜNASİBƏTİLƏ RƏSMİ QƏBUL KEÇİRİLMİŞDİR

AZƏRBAYCANIN TƏBRİZDƏKİ BAŞ KONSULLUĞUNDA RESPUBLİKA GÜNÜ MÜNASİBƏTİLƏ RƏSMİ QƏBUL KEÇİRİLMİŞDİR
Azərbaycan Respublikasının Təbrizdəki baş konsulluğunda 28 May Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edilmişdir.
Qəbulda İran rəsmiləri, Təbrizdəki diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların rəhbərləri, şəhər ictimaiyyətinin təmsilçiləri, o cümlədən, İranın Şərqi Azərbaycan vilayətinin ostandar müavini Məscidi, Təbrizin fərmandarı Zəbihiyan, Təbriz şəhər bələdiyyəsinin sədri Nəvin, Türkiyənin baş konsulu Bilgin Atala iştirak etmişlər.
Əvvəlcə Azərbaycanın və İranın dövlər himləri səsləndirilmişdir.
Baş konsul Ayxan Süleymanov müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, ölkəmizin hazırkı tərəqqisindən, Azərbaycan-İran münasibətlərinin sürətli inkişafından bəhs etmişdir.
Bildirmişdir ki, ümummilli lider Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda dövlət quruculuğu prosesi sürətlənmişdir. Ulu öndərin həyata keçirdiyi uzaqgörən mehriban qonşuluq və dostluq siyasəti Azərbaycan-İran münasibətlərində yeni inkişaf mərhələsinin əsasını qoymuşdur. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bayram münasibətilə mərasim iştirakçılarını təbrik edən İranın Şərqi Azərbaycan vilayəti ostandarının müavini Məscidi əminliklə bildirmişdir ki, ölkələrimiz arasında sürətlə inkişaf edən əlaqələr daha da genişlənəcəkdir.

Digər xəbərlər