Ölkəmizin Dünya Ticarət Təşkilatına daxil olması üzrə işçi qrupunun iclası iyunda keçiriləcək
Azərbaycanın Dünya Ticarət Təşkilatına daxil olması üzrə işçi qrupun 7-ci iclası iyunda Cenevrədə keçiriləcək. Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib ki, iclas çərçivəsində kənd təsərrüfatının daxildən dəstəklənməsinə dair çoxtərəfli danışıqlar aparılacaq. M.Məmmədquliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT) çərçivəsində əməkdaşlıq məsələlərinə toxunaraq bildirib ki, Azərbaycanın QİƏT-ə sədrliyi dövründə öncül istiqamət qurumun səmərəli islahatlarının davam etdirilməsidir: "Ölkəmiz QİƏT-in informasiya texnologiyaları üzrə işçi qrupunun da rəhbəridir. Azərbaycan QİƏT ölkələrinin informasiya və kommunikasiya texnologiyalarına məsul olan nazirlərinin birinci görüşünü bu ilin oktyabrınadək keçirmək niyyətindədir".