ABŞ-ın Yuta və Oreqon ştatlarının qubernatorları 28 may-Respublika günü münasibəti ilə Azərbaycan icmasını təbrik ediblər
ABŞ-ın Yuta ştatının qubernatoru Con Huntsman və Oreqon ştatının qubernatoru Teodor Kulonqoski 28 May - Respublika günü münasibətilə Azərbaycan icmasına təbrik məktubları ünvanlayıblar. Azərbaycanın Los Ancelesdəki baş konsulluğundan bildiriblər ki, məktublarda Respublika gününü qeyd edən bütün soydaşlarımız, eləcə də ABŞ-dakı Azərbaycan icması təbrik olunub. Qeyd edilmişdir ki, azərbaycanlılar öz bacarıqları, zəhməti və səyləri ilə Amerika Birləsmiş Ştatlarının tarixi, incəsənəti, elmi və mədəniyyətinə, onun daim artan müxtəlifliyinə töhfə vermişlər. Azərbaycanda 1918-ci ildə ilk dəfə olaraq kişi və qadına bərabər səsvermə hüququnun verilməsinin qeyd olunduğu məktublarda ölkənin azadlığı, müstəqilliyi və toxunulmazlığı xüsusi vurğulanıb.