PDF Oxu

Araşdırma

  • 14

Ulu öndərimiz Heydər Əliyevin 86-cı ildönümünə həsr olunmuş “Biliklər” intellektual oyununa yekun vuruldu

Ulu öndərimiz Heydər Əliyevin 86-cı ildönümünə həsr olunmuş “Biliklər” intellektual oyununa yekun vuruldu
Dünən Bakı Dövlət Universitetinin idman zalında ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş "Biliklər" intellektual oyununun yekunlarına həsr olunmuş mükafatlandırma mərasimi keçirildi. Qeyd edək ki, Azərbaycan gənclərinin intellektual bilik səviyyəsinin inkişafına yönəlmiş bu layihədə YAP Gənclər Birliyinin 40-a yaxın komandası iştirak edib.
Tədbiri giriş sözü ilə açan YAP Gənclər Birliyinin sədri Ramil Həsənov bildirdi ki, yarışda iştirak edən hər bir komanda 5 nəfərdən ibarət olmaqla, təxminən 120 suala cavab verib. Yarışda iştirakçılara ümummilli liderin həyat və fəaliyyətini əks etdirən suallar, o cümlədən, Onun 1969-cu ilə qədər olan həyatı, 1969-cu ildən 1982-ci ilə kimi Azərbaycana rəhbərlik etdiyi dövr, 1982-ci ildən 1987-ci ilə kimi SSRİ-də rəhbərlik etdiyi dövr, 1991-ci ilə kimi dövrü, 1991-ci ildən 1993-cü ilə kimi Naxçıvanda rəhbərlikdə olduğu və 1993-ci ildən 2003-cü ilə kimi Azərbaycan Respublikasında rəhbərlik etdiyi dövrü əhatə edən suallar olmuşdur. Bu layihəni həyata keçirməkdə əsas məqsəd ümummilli lider Heydər Əliyevin həyatını, fəaliyyətini, fəlsəfi baxışlarını, Azərbaycan dövlətçiliyinin idarəetmə mexanizmini indiki gənclər vasitəsilə gələcək nəslə çatdırmaqdır.
Tədbirdə çıxış edən YAP İcra katibinin müavini, millət vəkil Səyavuş Novruzov, yarışın belə bir ərəfədə keçirilməsini əhəmiyyətli olduğunu iştirakçıların nəzərinə çatdıdı. O, ümummilli liderin keçdiyi şərəfli həyat yoluna nəzər salaraq, bu tarixi dövrün gənclər tərəfindən öyrənilməsinin əhəmiyyətini bildiri. Ümummilli liderimiz Heydər Əliyevin həyata keçirdiyi kadr siyasətindən danışan millət vəkili, bu siyasət nəticəsində ölkədə maarifləndirilmə işinin aparılması sahəsində əhəmiyyətli rol oynadığını bildirdi. O, hərbçilərin yetişdirilməsində ulu öndər Heydər Əliyevin gördüyü işlərə nəzər salaraq, bunun Azərbaycanın ordu quruculuğunda mühüm mahiyyət daşımasının vurğuladı. S.Novruzov  bildirdi ki, ulu öndər Heydər Əliyev Prezident olarkən Azərbaycan gənclərinin xarici ölkələrdə hərbi təhsil alması istiqamətində atdığı böyük addımlar ölkə tarixinə töhfələr vermişdir: "Onun gördüyü işlər, ümumilikdə, Azərbaycanın müstəqilliyi üçün baza yaratmışdır. Ulu öndər Heydər Əliyevin gücü Onun sözündə, Onun ağlında, Onun biliyində idi. Bu gün qonşu və qonşu olmayan dünya dövlətləri ilə mövcud münasibətlərin yaradılmasında Ulu öndərin rolu danılmazdır".  
Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin prorektoru İsmayıl Əliyev də ümummilli liderin Azərbaycanın firavan gələcəyi uğrunda apardığı məqsədyönlü siyasətindən söz açaraq, Onun nəinki Azərbaycanın Prezidenti olduğu dövrdə, həmçinin, sovet dövründə də rəhbərlik edərkən gördüyü mütərəqqi işlərdən danışdı. Onun ən böyük xidmətinin bu gün  Azərbaycanın yaralı yeri olan Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda, 1994-cü ildə atəşkəs müqaviləsinin bağlanması olduğunu  bildirdi. O, bu siyasətin çox uzaqgörən addım olduğunu nəzərə çatdırdı. Həmçinin, qeyd etdi ki, istər ölkə daxili, istərsə də beynəlxalq layihələrin əsası Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu gün Onun Azərbaycan üçün gördüyü işlərin hər biri öz nəticəsini vermiş, dövlət özünün inkişaf mərhələlərində bunlardan faydalanmışdır.
Müasir dövrümüzdə Ulu öndər Heydər Əliyev siyasi kursu, Onun layiqli davamçısı Prezident İlham  Əliyev tərəfindən uğurla davam etdirilir. İsmayıl Əliyev çıxışı zamanı, onu da qeyd etdi ki, görülən işlərin fonunda hər bir azərbaycanlı gənci ona göstərilən etimadı doğrultmalıdır. Keçirilən yarış da bilavsitə buna sübutdur.
Tədbirin sonunda qalib gələn gənclərə mükafatlar təqdim olundu. Yarışda 1-ci, 2-ci, 3-cü yerə çıxan komandaların hər birinə onların tutduğu yerə uyğun kuboklar, qalib komandaların hər bir üzvünə isə pul mükafatları və diplomlar təqdim edildi. Onu da qeyd edək ki, yarışda 1-ci yerə Azərbaycan Dövlət Dillər Universitetinin komandası, 2-ci yerə YAP Nəsimi rayon gənclər təşkilatının komandası, 3-cü yerə isə YAP Əzizbəyov rayon təşkilatı komandası layiq görüldülər.

Digər xəbərlər